Diabet və psixiatriya - Dr.Azər Bağırov
28 DEKABR 2018
299

Diabet və psixiatriya - Dr.Azər Bağırov

Diabet və psixiatriya - Cəmiyyətdə sürətlə yayılan xəstəliklər sırasında olan diabet (özelliklə diabet tip II), ürək-damar sistemi, böyrəklər, beyin, qan dolaşımı, cinsi funksiyalarda bir çox mənfi dəyişikliklərə səbə olu r.Tip II diabet xəstəliyi illər içində ürək- böyrək çatışmazlığı, göz damarlarında tıxanma və görmə qabilliyətinin itməsi, penis damarlarındakı tıxanmayla sərtləşmə problemləri kimi ikincil ağırlaşmalara səbəb olur. Xəstəliyin mualicəsində qan şəkər səviyyələrinin 120nin altında saxlanması bu ağırlaşmaların qarşısını alabilir. Bunun üçün düzgün mualicə və şəkərsiz dietaya riayət etmək ən başlıca şərtdir.

Lazımi tədbirlər alınmadığında psixolojik və psixiatrik problemlərin də yaranmasına yol açır. Təşviş -qorxu, stress, sosial dəstəyin yetərsiz olması, emosional reaksiyalar, xəstəliyə uyğunlaşmamaq diabet xəstələrinin sosial həyatlarına mənfi yöndə təsir edə bilər. Eyni qaydada ağır stresə məruz qalmaq, diabetə meylliyi olan şəxslərdə xəstəliyin yaranmasına səbəb olur. Müalicə tələb edən psixiatrik problemlərə baxdıqda, diabet diaqnozlu xəstələrdə ən çox depressiya, anksiyetə pozuntusu, iynə fobiyası və demans müşahidə edilir. Onu da qeyd edək ki, diabet xəstəsi olan qadınlarda yemə pozuntusu və depressiya, kişilərdə isə cinsi disfunksiya daha sıx görülür.
Xəstəliyə uyğunlaşmaqda çətinlik çəkilən zaman psixiatrik yardıma müraciət etmək lazımdır. Psixoterapiya və lazım olarsa dərman müalicəsi bu zaman ərzində xəstənin mövcud olan stress faktorlarını aşmasını asanlaşdıracaqdır.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır