Xərçəngi düşüncə gücü və dua ilə sağaltmaq mümkündür - Məşhur amerikalı alimdən açıqlama
03 YANVAR
659

Xərçəngi düşüncə gücü və dua ilə sağaltmaq mümkündür - Məşhur amerikalı alimdən açıqlama

"Fractal Tima" kitabının müəllifi, məşhur amerikalı yazıçı və alim Qreq Breydenin nəzəriyyəsinə əsasən xərçəng xəstəliyini düşüncə gücü ilə sağaltmaq mümkündür.

Tibb.fins.az Publika.az-a istinadən xəbər verir ki, o, duyğularımızın DNT-yə təsir göstərdiyini, dua və müsbət düşüncə gücünün hər cür fiziki narahatlıqların müalicəsində kömək edə biləcəyini iddia edir. Onun çoxsaylı tədqiqatları bizi qorxudan və qeyri-müəyyənlikdən uzaqlaşmağa təşviq edir.

Emosiyaların xərçəng hüceyrələrinə təsiri

O, hesab edir ki, xərçəngin təsiri simptomlar və düşüncələr arasındakı əlaqəni artırmaqla dayandırıla bilər:

“Bu fakt 1996-cı ildə çıxan “Nature No. 332” elmi jurnalında təsdiq olunub. Hisslərimiz və düşüncələrimiz üzərində nəzarət elektromaqnit sahələr yaradır. Bu dalğalar vücudumuzda bir metrə qədər çata bilər.

Bu arada, Nikola Tesla (simsiz elektrik ixtiraçısı) da gələcəkdə insanların düşüncə gücünü istifadə edərək elektrik enerjisi yaratmaq iqtidarında olacağını qeyd edib. Bu da onu göstərir ki, düşüncələr çox güclü enerji mənbəyi ola bilər.

Ancaq burada hiss etdiyimiz və gördüyümüz hər şey haqqında qarışıq düşüncələr deyil, güclü və bir mərkəzdə cəmlənmiş düşüncələrdən söhbət gedir. Düşüncələr çox güclü elektromaqnit sahəsi yaradaraq ətraf mühitə təsir göstərə bilər.

Güclü elektromaqnit şüa istehsal etmək istəyirsinizsə, hisslərinizə və duyğularınıza nəzarət etmək və bunları tətbiq edərək zənginləşdirməlisiniz.

DNT emosiyaların güzgüsü kimidir. Məsələn, "Özümü pis hiss edirəm", "Xəstəyəm", "İş tapa bilməyəcəm" və s. bu kimi neqativ fikirlər genlərimizdə dəyişiklik yaradır və bu zaman biz özümüzü həqiqətən də hiss hiss etməyə başlayırıq. Duyğu və inanclar xəstəliklərin yaranma və müalicəsi ilə birbaşa əlaqəlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır