26 February
12

Uşaqların əsəbi olmasına əsas səbəb - Diqqətsizliyə və beyin inkişafına da mane olur

Keyfiyyətli yuxu, uşağın böyümə və inkişafı üçün olduqca əhəmiyyətlidir. Alimlər uşaqların və körpələrin kifayət qədər yatmadıqları təqdirdə onların beyin inkişaflarında ləngimə, əsəbilik, diqqətsizlik, iştahsızlıq, öyrənmə qabiliyyətinin azalması və hiperaktivlik yarandığını bildirirlər.
Tibb.fins.az xəbər verir ki, müasir zamanda analar həm işləyir həm də uşaqlara baxırlar. Bu zaman uşaqların yuxu problemləri bütün ailəyə mənfi təsir gösrətə bilər. Yuxu uşağın fiziki olaraq dincəldiyi və beyninin bəzi bölgələrinin gündüzə nisbətən daha aktiv işlədiyi bir vaxtdır. Bu səbəbdən də uşağın fasiləsiz yuxusu onun inkişafı üçün çox əhəmiyyətlidir.
Yuxu boyunca uşağın mərkəzi sinir sistemi inkişaf edir və beyin hüceyrələri arasında yeni bağlar yaranır.
Buna görə də 0-5 yaş arası uşaqlar ən gec 20.00-21.00 yatmalı və səhər saat 08.00-dan gec olmayaraq yuxudan oyanmalıdırlar. Gecə saat 22:00-da yuxuya gedən bir uşaq 20:00-21:00 saatları arasında orqanizmində sintez olunan hormonlardan faydalana bilməyəcək.
Körpələr rejimi çox sevirlər. Belə olduqda onlar özlərini rahat hiss edirlər. Rejimə salındıqda uşaqlar daha rahat yatır, qidalanır və normal inkişaf edirlər.
©Medicina
Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

119
TuranBankdan çoxfunksiyalı kart!
115
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
172
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI