28 February
18

Bu sözləri təkrar etməklə özünüzü varlı hiss edin – PSİXOLOQ MƏSLƏHƏTİ

Ətrafımızda baş verən hadisələrin insanın hisslərindən, daxii enerjisindən qaynaqlandığı barədə dövrümüzdə çoxsaylı tədqiqatlar var. Necə düşünürüksə, nəyi hiss ediriksə, gec-tez onlar baş verir. Vərdişlərimiz illər boyu bizə ya başqalarından keçir, ya da öz təcrübəmizin nəticəsində yaranır və zamanla bunlar xasiyyətimizi formalaşdırır.
Tibb.fins.az xəbər verir ki, bu fikirlər psixoloq Gülnarə İnanca aiddir. Psixoloqun sözlərinə görə, əgər "hər şey pisdir, insanlar məni sevmir” və s. kimi fikirlərlə yaşasaq, həyatımızın pozitivə istiqamətlənməsi mümkün deyil: "Əgər həyatımızda nəsə bir pozitiv olacaqsa, bu, epizodik olacaq. Əkdiyimiz hər toxum bizə zəmi gətirir. İnsan fikri və hissləri də belədir. Hər bir şey enerjidir, o cümlədən də insan fikirləri və hissləri”.
G.İnanc təklif edir ki, əgər bir şeyin həyatımızda olmasını istəmiriksə, o haqda düşünməməliyik: "Konflikt yaradan hadisəni dəfələrlə fikrimizdə təkrar etsək, yaxud bunu hamıya danışsaq, bu halda problem aradan qalxmayacaq. O, yalnız emosional yükünü azaldacaq və şüuraltının daha dərin qatına çəkiləcək. Mövcud problem müəyyən mənada sükuta çökəcək. Lakin bu müvəqqəti orqanizmimizdə hal neqativ izini qoyur. Belə deyək ki, fikir hara yönəlirsə, enerjimiz də ora axır və onu canlandırır”.
Psixoloq deyir ki, bəzən problem haqda danışdıqca rahatlıq tapdığını düşünür, əslində isə özümüzün və bizi dinləyənlərin enerjisini "dərdimizə" yönəldirik. Bu halda isə dərdimiz azalmır, əksinə daha da güclənir: "Qeybət, başqalarını qınamaq, nalayiq sözlər işlətmək neqativ enerji mənbəyidir. Biz şüurumuzu və içtimai şüuru kirləndiririk. Fiziki bədənimiz kirləndiyi üçün biz onu daim təmizlikdə saxlamalıyıq. Ruhumuz da neqativ düşüncə və hisslərlə çirklənir və təmizlənməyə ehtiyacı olur”.
Mütəxəssis ruhu təmizləməyin yolları barədə də məsləhətlərini verib: "Pozitiv düşüncəni təcrübə etməliyik. Məsələn, əgər qocalmaqdan qorxuruqsa, "mən gənclik gücümü və gözəlliyimi, sağlamlığımı saxlayıram. Mən həmişəcavanam" kimi bir affirmasiyalardan istifadə edə bilər. Hər kəs öz affirmasiyasını yarada bilər. Başqa bir misal, əgər maddi ehtiyaclarımız varsa, "mən zənginəm, uğurluyam, pul və zənginlik məni sevir" kimi müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazı və ya fikri möhkəmləndirə bilərik. Xoşbəxt, uğurlu, zəngin olmaq üçün insanları qınamağı durdurmalıyıq, sevinc və sevgi hissi ilə yaşamalıyıq. "Almaq" psixologiyası ilə "vermək" psixologiyasını tarazlaşdırmalıyıq. Başqalarına yalnız nəsə vermək , yaxud yalnız almaq istəyi ilə yaşasaq, ruhumuzun balansı pozulacaq və bu, bizə müvəqqəti sevincdən sonra kədər hissi gətirəcək”.
G.İnancın fikrincə, təkəbbür, yaxud eqo çox güclü neqativ enerjidən formalaşır: "Təkəbbürümüzü idarə etməyi öyrənməliyik. Fikrimizin, sözümüzün və əməlimizin harmoniyasını yaratmalıyıq. Zərdüştün dediyi kimi: "Müsbət fikir, müsbət söz və müsbət əməl". Cəmiyyətin haqqımızda nə düşünməsi ilə yaşamaq da neqativlik yaradır. Həyat bir güzgüdür, güzgüyə baxanda hər kəs özünü görür. Güzgünü sındırmaq yox, özünü dəyişmək lazımdır”.
©Medicina

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

119
TuranBankdan çoxfunksiyalı kart!
116
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
172
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI