01 March
12

Stressin səbəb olduğu dəhşətli xəstəliklər - SİYAHI

Artıq elm və tibb sübut edib ki, xroniki stres və xəstəliklər bir biri ilə sıx bağlıdır.

İnsanın həyatında nə qədər çox stress vəziyyətləri olursa, onda sistem xəstəlikləri inkişaf edir, mövcud xəstəliklər isə xronikləşir.

Tibb.fins.az Medicina.az-a istinadən artıq tibbdə stress və əsəb səbəbindən yaranması şübhə doğurmayan xəstəlik və patologiyaların siyahısını təqdim edir:

-Ürək-damar xəstəlikləri - ürək ritmi pozulması, insult, infarkt, ateroskleroz

-Yüksək təzyiq

- Həzm sistemi xəstəlikləri - mədə və 12 barmaq bağırsağı xoraları, qıcıqlanmış bağırsaq sindromu

- Dəri xəstəlikləri - ekzema, psoriaz

- Təşviş-həyəcan pozuntusu, depressiya

- Miqren

- Piylənmə

- Diabet

- Yuxusuzluq

- Cinsi pozğunluq

Stress bu kimi xəstəliklərin səbəb-nəticə faktoru kimi böyük rol oynadığı üçün vaxtında əsəb və stresin ağırlaşmasının qarşısı alınmalı, stresli vəziyyətlərdə həkim müayinəsi olunub sakitləşdirici terapiya almaq lazımdır.

Xroniki stressin əlamətləri:

- Dəyişkən əhval-ruhiyyə, heç bir səbəb olmadan ruh düşgünlüyü

- Qıcıqlanma

- Ağlağanlıq

- Apatiya

- Tənhalıq hissi

- Həyəcan, qorxu

- Panik atak

- İstahın olmaması

- Yuxunun pozulması

- Baş ağrıları

- Sinədə, kürəkdə ağrılar

Bu kimi hallar varsa əsəb, stres keçirdiyiniz insan və vəziyyətləri, hadisələri analiz edib onlardan açıq-aşkar uzaqlaşmalısız.

Dərdinizi bölüşün, içinizdə basdırmayın, kömək üçün vaxtında müraciət edin.

İşiniz və olduğunuz mühit sizi yorursa, arzuolunmaz və stres gətirən işlərdən bir müddətlik də olsa uzaqlaşın, imtina edin.

Relaks olub, əzələ və bədəni rahatlaşdırıcı metodlar tapın. Sakitləşdirici vannalar, qəbul edin, hobbi tapın, musiqiyə qulaq asın, açıq havada çox gəzin.

Düzgün, sağlam qidalanın. Mineral və vitamin ehtiyatınızı yoxladıb, azdırsa artırın.

Fiziki aktiv olun, idmanla məşğul olun.

Ağır vəziyyətlərdə mütəxəssisə müraciət edin.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

119
TuranBankdan çoxfunksiyalı kart!
116
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
172
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI