03 April
20

Hərkəs gələcəyini yarım il əvvəldən görə bilər - Psixoloq

Fala baxmaq və gələcəyi görmək nədir?
İnsanın gələcəyi görmək istəyi onun öz taleyində olacaqları öncədən bilmək istəyidir. Əvvəlcə "gələcəyi görmək olarmı?" sualına cavab axtaraq. Gələcək və keçmiş kainatın maqnit, kvant sahəsində mövcuddur. Bu sahə dalğa şəklindədir və onu bədənin gözü ilə görmək mümkün deyil. Təbiətdəki heyvanların maqnit -kvant sahəsində yalnız onlara orient ilə hərəkət etdikləri elmə artıq məlumdur. Onlar küləyin istiqamətini, gedəcəyi yeri, sahibini, calıların emosiyalarını hiss edir. İnsana aid edildikdə isə kvant sahəsində olan, maddi hala keçməyən və hələ məlum olmayan hadisələri görmək , keçmişdən və gələcəkdən xəbər vermək üçün altıncı hiss olmalıdır. Buna ekstrasensorika da deyilir. Həmin hiss insanın ruhunun xüsusiyyətidir.
Beynimizdə durmadan fikir axını baş verdiyi üçün biz kainatın kvant sahəsindən gələn informasiyaları qəbul edə bilmirik. Müasir psixoloji araşdırmalara əsasən , hər bir kəs öz gələcəyini 10 dəqiqədən yarım ilə qədər əvvəlcədən görə bilər. Amma bunun üçün düşüncə prosesini durdurmaq lazımdır. Biz sual veririk və kainatdan, həmin kvant sahəsindən (Allahdan) cavab gəlir, lakin beynimizdəki fikir axını cavabı eşitməyə imkan vermir. Ekstrasenslər, yaxud falçılar birinin istəyi ilə müxtəlif köməkçi alətlərlə, yaxud onlarsız kvant sahəsinə sorğu göndərir. Cavab isə birbaşa mətn, yaxud məcazi işarələrlə gələ bilər. Belə deyək, ekstrasens nəhəng həyat tablosunun yalnız bir neçə pazlını görür, qalanlarını isə fəhmlə canlandırır. Lakin bununla belə bütün tablonu görmək mümkün deyil. Çünki, insanın tale yolları sonsuz variantlardan ibarətdir və seçim isə insanın öz əlindədir. Falçı da yalnız bu yollardan birini, falına baxdığı insana daha yaxın olanı görür.
Daha dəqiq olsaq, insanın fikirlərini, mental hisslərini (yəni hisslərinə uyğun ekvivalent olan fikirlərini) görür. Amma insan fikrini və hisslərini dəyişib başqa bir həyat variantını seçə bilər. Bax bu zaman falçının dedikləri özünü doğrultmayacaq. Gələcək mütləq deyil. Kvant nəzəriyyəsinə görə, o, bizim hiss və fikirlərimizdən formalaşır. Elə isə gələcəkdə baş verəcəkləri də bilmək mümkün deyil. Gələcəyi görməyə çalışmaq energetik yalnız və ziyanlıdır. Məsələn, sizi bir məsələ narahat edir və bununla bağlı ekstrasessə müraciət edirsiz. O, sizin fikir və hisslərinizlə yaratdığınız tablonun bir fraqmentini görür və ona əsasən gələcəyinizi proqramlaşdırır. Şüuraltınıza təsir edərək gələcəyinizi sizin əvəzinizə həll edir. Sizi başqa bir yol gözləyirdi, amma falçının təsiri ilə tale yolunuzu darmadağın etdiniz. İndi siz başqasının yazdığı bir "taleni" yaşayacaqsız. Yaradan bizə azad seçim verdiyi üçün bu tip hərəkətlərimizi yalnız müşahidə edir. Bir də qeyd edək ki, bütün həyat variantlarında kvant sahəsindəki artıq mövcud olan tale yolunu və qisməti yaşayırıq. Yəni, həyat dərslərini fal, cadu vasitəsilə dəyişdirmək mümkün deyil.
Gələcəyi bilsək də, orda bizi gözləyən dərsdən qaça bilmərik, çünki onlar bizim ruhumuzun inkişafı üçün nəzərdə tututlub. Burda cəmiyyətimizdə çox fəal müzakirə mövzusu olan cadudan danışaq. Həyatımız bizim fikir və hisslərimizdən ibarətdirsə, o zaman falçı da bizim falımıza baxanda həmin fikirlərin yaratdığı hissləri (yaxud əksinə)"görür". Neqatif hisslərlə illərlə yaşadığımız zaman həyatımıza neqativ, aqressiv hadisələr gətirəcəyik. Falçı da həmin hisslərə əsasən gələcəkdəki neqativ hadisəni "öngörür". Məsələn, əgər sizi maddi problemlər narahat edirsə, sizin ətrafınızda bununla bağlı ağır enerjilər yığılır və uyğun fikirlər yaradır. Artıq uzun illər yaratdığınız neqativ fikirlər və hisslər sizi idarə edir və həyatınızı formalaşdırır. Falçı da həmin gələcəyi görür. Neqativ enerjini cadu və nəzər kimi dəyərləndirir. Amma həqiqətən cadu edilən adamlar o qədər də çox deyil, əksəriyyət ya özü ətrafinda belə enerjini yaradıb, ya da kiminsə həsədinin bəlasına düçar olub.
Qeyd edim ki, həsəd və nəzər birinin başqasına istiqamətdə göndərdiyi neqativ enerjidir. Bu, ya məqsədyönlü olaraq bilərəkdən nifrin, lənətlə edilə bilər, yaxud qeyri-şüuri olaraq kiməsə qarşı güclü həsəd hissi yaşayaraq. Lakin nə müxtəlif üsullarla edilən cadu, nə həsəd (neqativ enerji) insanın qismətini dəyişə, xüsusilə də onu öldürə bilməz. Bu hallar yalnız bizim içimizdə bunun bizə təsiri üçün zəif həlqə olduğu halda mümkündür. Bütün hallarda başımıza gələnlər bizim üçün bir dərsdir və hər şey bu dərsi necə keçəcəyimizdən asılıdır. Bir nümunə gətirək, ictimai şüurda "şirinlik duası" deyilən bir "ağ mağiya" var. Bu zaman ər-arvad, övlad-valideyn, işverən-işçi arasında isti münasibətlər yaradılması üçün müxtəlif ekstrasensor əməllər edilir (bu, dua şəklində olmaya da bilər). Nəticədə istənilən nəticə əldə oluna da bilər, amma bu, müvəqqəti olacaq və bizim üçün nəzərdə tutulmuş ilahi dərsi almayacağıq. Həyat dərsimizi almadıqda isə, o dəfələrlə təkrar olunacaq. Digər tərəfdənsə, kainatın maqnit sahəsinin axınına süni və kobu olaraq siraət edərək onun təbii axınını pozduğumuz üçün həyatımıza gözlənilməz problemlər gələcək. Məsələn, "şirinlik duası" ilə kimisə evləndirmisizsə, ailədə problemlər, içki, qumar, narkomaniya və digər əxlaqi qüsurlar yarana bilər. Həyatımızdakı neqativ hadisələr illərlə bizim özümüzün, yaxud cəmiyyətin fikir və hissləri ilə formalaşıb. Bu halədən çıxmaq üçün hiss və fikirlərimizi dəyişməliyik.Amma bunu bizdən kənarda , bizim iştirakımız olmadan kimsə edə bilməz. Əks halda bunu bizim əvəzimizə Yaradan özü edərdi.
Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

119
TuranBankdan çoxfunksiyalı kart!
116
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
172
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI