İnsanın ölüm günü doğum günü kimi təsadüfi seçilmir – Hər kəs öz xarakterinə uyğun son proqnozlaşdırır
09 İYUL
1233

İnsanın ölüm günü doğum günü kimi təsadüfi seçilmir – Hər kəs öz xarakterinə uyğun son proqnozlaşdırır

Könüllü ölüm, ölümə getmək, ölümü hiss etmək, ölüm tarixi – bunlar nədir, mümkündürmü yoxsa təsadüfdür?
Tibb.fins.az Moskvanın məşhur psixoterapevti, tibb elmləri doktoru, yeni art terapiya metodlarının müəllifi Andrey Qnezdilovun həyatın bir hissəsi olan ölüm fraqmentləri barədə maraqlı fikirlərini təqdim edir.
-Ölümsüz, əbədi həyat axtarışında olan yazıçılar, alimlər, filosoflar dəhşətli bir axtarışda idilər. Onlar səhv yoldadırlar. Əbədi həyat – insan üçün əzabdır, məşəqqətdir. İnsan həyatı əbədi olsa Yer həyatının bitmək bilməyən imtahanları, dərsləri, tənbehləri də bitməz. Ölüm – insana mükafatdır, fasilədir, azadlıqdır. O, yalnız o halda normal deyil ki, qəfil baş verir, qəza ilə olur və insanı inkişafının zirvəsində, güclü, enerjili vaxtında yaxalayır. 
Ahıl insanlar isə ölümü çox zaman istəyir, gözləyir. 
-Qədimdə slavyan kəndlisi artıq işləyə bilmədiyini, daxmasından çıxa bilmədiyini, doğmalarına yük olduğunu görəndə, hamam gedib yuyunar, təmiz ağ köynəyini geyinər, qohum qonşu ilə halallaşıb, vidalaşıb uzanıb sakitcə ölümünü gözləyər, səsləyər və ölərdi də. Onların ölümü indikilər kimi əzablı, əziyyətli deyildi. Çünki o insan ölümü ilə barışırdı. Onlar ölməyə özlərinə icazə verirdilər, könüllü. Çünki  mübarizə əbəs idi.
-İndi də belə faktlarla qarşılaşıram.
Bizə bir onkoloji xəstə gəlmişdi, hərbçi idi. Zarafatla deyirdi ki, mən 3 müharibə keçmişəm, ölümlə oynamışam, indi onun mənimlə oynamaq növbəsi gəldi. 
Bir səhər o yataqdan qalxa bilmədi. Dedi vəssalam, mənə dəyməyin, mənim gücüm qalmadı, ölürəm.
Biz ürək-dirək verirdik ki, bu metastazdır, onurğa və sümüyə verib, bununla belə xəstələr bir neçə il yaşaya bilir. O dedi yox, yox. Mən bilirəm, bu ölümdür. Sonum gəldi.
3 gün ərzində o ölürdü. Halbuki biz həkimlər onda ölmək üçün heç bir fizioloji səbəb görmürdük. Yəni yaşamalıydı. Amma o öldü. Çünki bu iradi seçil idi, qərar idi və necəsə bu sifariş yerinə yetirilirdi. 
 
-Ölüm hələ insan döllənən zaman proqramlaşdırılır. İlk dəfə ölüm dadını insan ana bətnindən çıxanda, doğulanda bir növ hiss edir. Çünki doğum körpənin aylarla öyrəşdiyi bir həyat mənbəyindən ayrılıb, sanki ölməsi idi. Dərindən araşdıranda görürsən ki, asan doğulan insanın ölümü asan , ağır doğulan insanın ölümü ağır olur. 
- Ölüm günü, tarixi təsadüfi deyil. Ad günü kimi. Hələ heç bir müdrik ölüm anında nə baş verir anlamayıb və izahını verə bilməyib.
Mən 10 il Onkoloji institutda psixoterapevt kimi işləyirdim. Bir dəfə gənc xəstə qadın üzərinə çağırıldım. Əməliyyat zamanı onun ürəyi dayanmışdı, uzun müddət işə sala bilmirdilər, o oyananda isə məni çağırdılar ki, psixikasını yoxlayım. Reanimasiyada mən soruşdum. Siz mənimlə danışa bilərsiz? 
-    Əlbəttə, sizdən üzr istəmək istəyirəm, nə qədər əziyyət etdim.
-    "Nə əziyyət”
-Necə yəni. Mənim ürəyim dayandı, mən elə bir stress keçirdim ki. Həkimlər də əl-ayağa düşdü, qorxdular.
-Axı siz narkozdaydız, bunu necə bildiz?
-Doktor, mən sizə çox şey danışaram, amma söz verin ki, məni ruhi xəstə hesab etməyəcəksiz.
Mənim vədimdən sonra o danışdı ki, narkoz yuxusuna gedəndə, hiss edib ki, dabanlarından yumşaq bir zərbə onu daxildə vint kimi fırladıb. Onun ruhu, hissləri çölə çıxır və dumanlı bir  sahəyə düşür. Ətrafa baxanda o, həkimlərin onun bədəninə əyilib işlədiyini görür. Birdən səs gəlir, əməliyyatı kəsin, ürək dayandı. 
Qadın düşünür ki, ölür və bu vaxt anası, qızı ilə son kəs görüşmədiyi üçün dəhşətli stres keçirir. Bu vaxt onu kürəyindən nəsə itələyir və o, mənzilinə düşür. Otaqda qızı, anası, nənəsi var idi. Qapı döyülür, qonşuları gəlir. Bu vaxt uşaq toxunaraq fincanı yerə salıb qırır. Qızı ağlayarkən, nənəsi deyir ki, qab sınmağı xeyirə əlamətdir. Qadın yaxınlaşıb qızının başını sığallayır, ağlama deyir. Qız bir an anasının üzünə baxır, amma sanki onu görməyərək çevrilib gedir. Qadın anlayır ki, otaqdakılar onu görmür. Tez özünü iri güzgünün önünə atır və orda da özünü görmür. Birdə xatırlayır ki, axı o indi xəstəxanada, əməliyyatda olmalıdır. O, tez özünü qapıya atır və əməliyyatxanaya düşür. Bu an anestezioloqun "ürək işə düşdü, əməliyyata davam edə bilərsiz” sözünü eşidir.
Mən diqqətlə qulaq asıb dedim. "İstəyirsizmi, mən indi sizin ünvana gedib, ana, nənənizə hər şeyin yaxşı olduğunu deyim, həm də onları görüşə dəvət edim?
Qadın razılaşdı. Mən ünvana getdim, qapını nənə açdı. Evdə qız, ana, nənə var idi. Mən xəstə, əməliyyat barədə danışıb, sual verdim. Bu gün saat 11-12 arası qonşu Lidiya sizə gəlmişdi?
Qadın  dedi hə. Dedim o gələndə uşaq qaçanda masadan fincanı salıb sındırıb?
Ana-nənə gözlərini döyürdü: həkim siz sehrbazsız? Mən detalları danışdıqca qadınlar şoka düşürdü. 
Onlara dedim ki, bunları qızınız narkoz yuxusunda görüb. Kliniki ölüm və ya ürəyi dayanmışdı deyə qorxutmadım. 
Bununla da o qadının düz danışdığını sübut etdim. 
-Biz həkimlər ölüm faktını o halda təsdiq edirik ki, tənəfüs, ürək, beyin dayanır, informasiyanı qəbul etmir. Beyin informasiyanı qəbul edə bilmir, onu ötürə də bilmir. Beyin antendir. Bəs kliniki ölüm zamanı beyin informasiyanı hardan alır? Deməli, bizim bilmədiyimiz beyindən də güclü nəsə var.Bəlkə də bu həmin ruhdur, bəlkə də psixikadır.
-İnsan necə bir ölüm istəyir?
Biz bunu yaşlı, sağlam, xəstə- çox adamlardan soruşmuşuq. Məlum olub ki, müəyyən xarakterə malik insanlar öz xarakterlərinə uyğun ölüm modeli proqramlaşdırıblar.
Şizoid xarakterlilər – elə ölmək istəyiblər ki, onların cəsədini heç kim görməsin. 
Epileptoid xarakterlilər – sakit uzanmaq yox, bu prosesdə aktivlik göstərmək, məsələn hərəkətlər, qaçmaq və ya danışmaq təsəvvür edirlər. 
Çikloidlər – doğmaların əhatəsində, öz evində ölmək istəyir
Təşviş-panik insanlar – öləndə necə görünəcəklərindən narahatdılar. 
İstereodlər – gün batanda, təbiətdə və ya dəniz kənarında ölüm arzulayır. 
Bir monax isə təbii ki, belə demişdi, mənə fərqi yoxdur mən harda öləcəm, necə olacam. Mənə vacibdir ki, o an dua edib, Allaha təşəkkür edə bilim. 
-Ölülərlə şərt kəsirdim. 
Təcrübəmdə dəfələrlə ağır xəstələrlə danışıb razılaşırdım ki, öləndən sonra onlar mənə ölümdən sonra həyatın olub-olmaması barədə siqnal, işarət verəcəklər. Mən belə işarətləri bir neçə dəfə almışam.
Bir dəfə xəstə qadınla belə razılaşmışdıq. O, öldü, lakin mən bu barədə unutdum. 
Bir gün mən bağ evimdə olanda gördüm ki, otaqda kimsə işığı yandırdı. Elə bildim, kimsə var, ya da özüm unutmuşam. Otağa keçəndə həmin qadının əyləşdiyini gördüm. Mən sevindim, onunla danışdım, hal-əhval tutdum, təxmini 2 dəqiqədən sonra anladım ki, axı deyəsən o ölmüşdü. Bu zaman qorxumdan dilim tutuldu. Üzümü çevirdim, gözlərimi yumdum, 5 dəqiqədən sonra açıb geri boylandım. O yenə orda idi. Qorxumdan dinmədim. Qadın zorla gülümsəyərək dedi. Görürsən ki, bu yuxu deyil.
-Ölümü nə rahatladır?
Yaşanılan həyatın keyfiyyəti. Ölümdən əvvəl doğmalarla ünsiyyət, halallaşmaq, vidalaşmaq çox rahatladıcıdır. Uşaqlar çox zaman öz valideynləri və baba-nənələrinin həyat və ölüm süjetlərini təkrarlayırlar. Xəstə, ölüm anında olan uşağa valideyn xeyir-duası çox lazımdır. Halbuki çoxu qorxudan, övladını itirmək istəməmək hisslərinə görə bunu etmir. 
Çox zaman yaşlı insanlar həyatdan köçərkən düşünür: eybi yox, mən ölüm, amma övladlarım salamatdır, sağlamdır. Mən bütün ailəmin əvəzinə ödəyərəm.  Beləliklə, şüuraltı olaraq, insan könüllü və düşünərək həyatdan getməyi planlaşdırır və bu həqiqətən də olur. 
-İnsan son nəfəsini verəndə, ona güc və təkan lazımdır ki, naməlum digər həyata ürəklə addımlasın. İnsan özü bu addıma icazə verməlidir. Və bu icazəni doğmalarından almalıdır. Daha sonra xəstəxanada ölürsə, tibb işçiləri, həkimlərdən. Ya da keşişdən, kahindən. 
Bütün bu amillər onu gücləndirəcək. Ölən insandan yapışıb saxlamağa cəhd, ağlamaq. getmə deyə yalvarmaq onu digər həyata gücsüz aparır. Ölən insan son anında dili söz tutmasa, artıq gözləri görməsə belə, ətrafından yalnız bir şey istəyir: Mənimlə olun. Məni yola salın. 
Necə ki, İsa həvarilərinə həmin gecə demişdi: yatmayın, mənimlə olun. Amma onlar söz versələr də, hərəsi bir yerə dağılışdı. Bu, İsa Məsih üçün böyük zərbə oldu. 
Çox xəstə, ölümə doğru gedən bir insanı son anında mənən, ruhəm zənginləşdirmək, təmtəraqla yola salmaq, uğurlamaq, sevgi, güc vermək vacibdir və bunu unutmayın. Ən əsası ölməyə özünüzə icazə verin. 
 
 ©Medicina
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır