Qrup terapiyasının ən yaxşı tətbiq olunduğu ünvan - Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi
01 AVQUST
333

Qrup terapiyasının ən yaxşı tətbiq olunduğu ünvan - Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi

Qrup terapiyası psixoloji terapiyanın bir formasıdır. Fərdi konsultasiyadan fərqli olaraq, qrup terapiyasında iştirak edən insan qrupda özünü daha yaxşı ifadə edir.

İştirakçı burada münasibətləri bərpa edərək, qrupun digər üzvləri ilə bərabər, özündən asılı olmadan real həyatda olduğu kimi hərəkət edir, komplekslərindən azad olur, pis vərdişlərindən, travmalardan uzaqlaşır, proseslərə münasibətini bildirir və qiymətləndirir.

Bu zaman iştirakçı öz probleminə başqasının gözü ilə baxmaq imkanı əldə etməklə yanaşı, başqasının probleminə də bir başa fikir bildirərək sosial qorxularını və ünsiyyət bacarığını inkişaf etdirmiş olur.

Qrup terapiyasında əsasən kommunikasiya bacarıqlarının formalaşması və komplekslərdən azad olunması, eləcə də ruh yüksəkliyi və pozitivə yönəlmək metodlarından istifadə olunur. 
Bütün bu proseslər müzakirələr və müxtəlif psixoloji oyunlar vasitəsi ilə həyata keçirilir.

“Loqos”un psixoloqu Şəbnəm Tağıyevanın rəhbərliyi ilə keçirilən qrup terapiyasında iştirak edərək bir çox psixoloji problemləri korreksiya etmək imkanı qazanacaqsınız.
☎Ətraflı məlumat və qeydiyyat üçün 070-270-46-48 ilə əlaqə saxlaya bilərsiniz.
 Ünvan: Nərimanov rayonu, F.X.Xoyski 111C.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır