Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi: Ana və oğul münasibəti necə olmalıdır?
07 AVQUST
308

Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi: Ana və oğul münasibəti necə olmalıdır?

Ana oğlunun qayğısına qalmalıdır, lakin onun əvəzinə bütün işi görmək istəyirsə, yerinə qərarlar alıb, hər şeyə nəzarət edirsə, o zaman övladının şəxsiyyət kimi formalaşmasına mane olur.

Anlamaq lazımdır ki, ana-oğul arasında yaranan bu cür münasibət gələcəkdə təhlükə yarada bilər. Belə halda o, yaşa dolduqca həyatın məsuliyyətini öz üzərinə götürə bilməyəcək və qadınlarla düzgün sevgi münasibəti qurmaqda çətinlik çəkəcək. Çünki psixoloji nöqtədən həyatındakı əsas qadının yeri anası ilə dolu olacaq.

Tibb.fins.az xəbər verir ki, bəzi analar oğlan uşaqlarını belə yetişdirərək, öz rahatlıqlarını təmin etmiş olurlar. Əgər ana 40 yaşlı oğlunun məsuliyyətsizliyindən narazadırsa, əsas günahkar özünün olduğunu unutmamalıdır. Emosional bağı qopara bilməyən ana oğlunun şəxsiyyət kimi formalaşmasına mane olur və onu uğursuz insan edir.

Əksər hallarda anaların bu cür davranmasına səbəb onların mənəvi boşluqları və həyat yoldaşları tərəfindən yetərincə dəyər görməməkləri olur. Bu tip analar şəxsi tələbatlarını ödəmək, dəyər hissi qazanaraq, həyatlarındakı boşluqları doldurmaq üçün oğlan uşaqlarından istifadə etmiş olurlar.

Unutmayın: uşaq fərqli şəxsiyyət olduğu üçün onun öz istək və seçimləri olmalıdır. Siz ana olaraq övladınıza seçim haqqı tanımalı, səhvlərindən nəticə çıxarması üçün şərait yaratmalı, öz tələbatlarınıza deyil, onun istəklərinə diqqət yetirməli və ən əsası ona güvənib, inanmalısınız.

Oğlunuzun “qanadını” qıraraq onu özünüzə bağlamağınız böyük səhvdir. Çünki bu, gələcəkdə tək ona deyil, sizə də problem yaradacaq, 30-40 yaşlı oğlunuz şəxsiyyət kimi formalaşa bilmiyibsə, demək ki, emosional bağ düzgün qurulmayıb. Övladlarınızı, konkret olaraq oğlunuzla münasibətinizi necə qursaz bu istiqamətdə daha çox uğurlu ola bilər deyə düşzünürsüzsə o zaman Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinə gəlin. Buradakı həkimlər sizə bu yöndə çox böyük məsləhət verərək kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır