09 August
17

NARINC uşaq psixologiya mərkəzi: Tərbiyədə 3 əsas qızıl QAYDA

Uşaqların tərbiyə olunmasında 3 əsas qızıl qayda var. Tibb.fins.az həmin qaydaları sizə təqdim edir:

1. Nümunə olmayan davranışlar uşaqların yanında sərgilənməməlidir!

Biz nəzər salsaq görərik ki, 1yaşlı uşağa öyrədilmədiyi halda ona verilən sadə tapşırıqları (gözünü qırp, ananı öp, sağollaş, salam ver) yerinə yetirir, onlar ətrafında cərəyan edən hər şeyin fərqindədir. Uşaq hər şeyi müşhidə edir və onları yamsılamağa başlayır. Bəzən valideynlər mübahisələrini və ya düzgün olmayan davaranışlarını uşağın səlis danışmadığına görə anlamazlar deyə düşünərək sanki bir müqəvva kimi yanlarında sərgiləyirlər.

2. Baş vermiş hər hansı bir hadisəni uşaqlara şərt kəsilərək həll edilməməlidir!

“Ana, uşaqla mağazaya evə çörək almağa girir. Uşaq isə rəfdə gördüyü şokoladın yanına yaxınlaşıb onu istəyir, ana isə uşağın inadkarlığını qıra bilmir. Uşaq ağlayır, qışqırır və hətta anasını yumruqlamaya başlayır.” Əksər belə situasiyalarda analar ətrafın neqativ formada narahat etməsin deyə ya istədiyini edir ya da şərt kəsərək: “evə gedək sənə kompüterdə oynamağa icazə verəcəyəm”, “özünü yaxşı aparsan, ana sənə evdə hədiyyə alacaq” və s. buna bənzər şərtlər kəsir. Bu zaman uşaq anasının zəif nöqtəsini tutaraq kiçik manipulyator kimi ona təsir etməyə çalışır və zaman keçdikcə valideynlərinə qarşı özü şərt kəsir. “Yemək yeyirəm, ancaq axşam gəzməyə gedəcik”, “dərsimi oxuyacam, ancaq mənə maşın alacaqsan!”

3. Uşaqlar başqalarının yanında tənqid olunmamalıdır!

Valideynlər bəzən uşaqları utandıraraq, bu yolla onları tərbiyə etdiklərini düşünürlər və zaman keçdikcə əksinə, uşaqlar utanaraq xoş olmayan davranışları azaltmaq əvəzinə uğursuz olduqlarını düşünərək daha da uyğun olmayan davranışlar sərgiləyirlər. Əgər sizə qonaq gəlibsə, onun necə səliqəsiz olduğundan, oyuncaqları ilə oynadıqdan sonra yığışdırmadığından, televizora çox baxdığından şikayət etmək doğru deyil. Uşaqlar hansı otaqda olmasından, etdiklərindən asılı olmayaraq, valideynlərinin danışdıqlarını, xüsusən, onlar barəsində danışdıqlarını dinləyirlər.

Uşaqlarınızın psixoloji durumunu, onların daha uğurlu formada tərbiyə alaraq böyüməsini istəyirsizsə NARINC uşaq psixologiya mərkəzinin həkimlərinin məsləhətlərindən yararlanın.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

113
TuranBankdan çoxfunksiyalı kart!
111
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
168
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI