Meduna klinikasından autizmdən əziyyət çəkənlərə DƏSTƏK
02 SENTYABR
274

Meduna klinikasından autizmdən əziyyət çəkənlərə DƏSTƏK

Autizm Üçün Topla layihəsi autizm sindromundan əziyyət çəkən uşaqların reabilitasiyasına dəstək vermək məqsədilə təşkil olunmuş sosial yardım proqramıdır.

Tibb.fins.az xəbər verir ki, layihəni Meduna klinikası həyata keçirir. Layihədə üxtəlif tullantıların yığlması, yenidən emala verilməsi və əldə olunan gəlirin autizmli uşaqların ailələrinə yönəldilməsi proseslərini əhatə edir. Layihədə müxtəlif müəssisələrlə yanaşı fiziki şəxslər də iştirak edə bilər.

Nəyi toplaya bilərik?

Metal tullantılar - Metal (aluminium) içki qabları

- Aerozol qabları (antiperspirant, sprey, deodorant və s. qutuları)
- Hər hansı metal qab və ya məişət avadanlıqları
- Metal hissələr və ya metal qırıntılar

Plastik tullantılar - Plastik butulkalar (içki və s qabları)

- Plastik təmizlik vasitələri qabları
- Plastik məişət qabları
- Plastik oyuncaqlar və oyuncaq parçaları
- Digər plastik tullantılar

Elektrikli və elektronik tullantılar - Elektronik əşyalar (mobil telefon, tablet, komputer, printer ve s. )

- Elektrikli əşyalar (tozsoran, soyuducu, paltaryuyan və s.)
- Müxtəlif elektrikli əşya hissələri
- Su motorları və digər motorlar
- Kabellər və kabel qırıntıları

Kağız və karton tullantıları - Karton qutular və karton məmulatları


- A4 kağızı və ofis kağız tullantıları
- Kitab, jurnal, broşura və s. tullantılar

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır