Qan azlığı nədən yaranır? – 8 SƏBƏB
25 YANVAR
1420

Qan azlığı nədən yaranır? – 8 SƏBƏB

Fins.az tibb mütəxəsislərinə əsasən qan azlığının yaradan səbəbləri təqdim edir:
1. Aktiv qan itirmə: ağır menstural qanamalar, mədə-bağırsaq qanaxmaları,yoğun bağırsaq xerçengi
2. Dəmir defisitli anemiya. Sümük iliyində qırmızı qan hüceyrələrinin yaranması üçün dəmir mütləqdir.
3. Hamiləliyə bağlı anemiya
4. Qırmızı qan hüceyrələrinin vaxtından əvvəl məhv olması
5. Xroniki böyrək xəstəlikləri: böyrəklərdə eritropoetin adlanan hormon əmələ gəlir ki, bilavasitə sümük iliyində qırmızı qan hüceyrələrinin yaranmasında iştirak edir.
6. Keyfiyyetsiz qidalanmaya bağlı anemiya: bir çox vitamin və mineralların da qanyaranmada rolu var. Dəmir, Vitamin B12, fol turşusu.
7. Alkoqolizmə bağlı anemiya: Alkoqol da özlüyündə sümük iliyinə toksiki təsir edir. Qanyaranmanı zəiflədir
8. Dərmanlara bağlı yaranan anemiya. Xərçəngin müalicəsində istifadə olunan kimyəvi preparatlar, QİÇS müalicəsində ,malyariya müalicəsində, transplantasiyadan sonrakı dövrdə istifade olunan preparatlar, bəzi antibiotiklər (penisillin,xloramfenikol)ve antifunqal dərmanlar
Anemiyanın səbəbi mütləq araşdırılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır