Uşağın qaraciyərində nəhəng qurd kistası yaranıb
14 FEVRAL
163

Uşağın qaraciyərində nəhəng qurd kistası yaranıb

11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən qurd kistası çıxarılıb.

Bununla bağlı  uroloq cərrah Fuad Hüseynov bildirir ki, buna səbəb uşağın ev heyvanları ilə təmasda olması olub: “Qarnında ağrılar, halsızlıq, ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlana aparılan müayinələr nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə qurd kistası (exinokokk) mövcuddur. Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı. Qaraciyərin 7-8 seqmentində diafraqmaya yapışıq yerləşən uşaq üçün nəhəng hesab edilən kista texniki cərrahi çətinliklərlə ləğv edildi”.

F. Hüseynov bildirir ki, uğurlu əməliyyatdan 3 gün sonra uşaq tam sağlam şəkildə dərman müalicəsinə davam etmək şərti ilə evə yola salınıb.

© Ailem.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır