Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? – ZİYANLARI
22 FEVRAL
877

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? – ZİYANLARI

Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir.

Bu zaman insan ağrı, narahatçılıq hiss etməməli, sidik sərbəst axmalı, insan sidik ifraz etmək üçün gücənməməlidir.

Sidik ifrazının tezliyi müxtəlif səbəblərdən - mayenin qəbulundan, qidalanmadan, havanın temperaturundan, insanın fərdi xüsusiyyətlərindən və s. asılı ola bilər. Stress, soyuqlama, hamiləlik sidik ifrazının tezliyini artırır.

Qadınlar fizioloji xüsusiyyətlərə görə daha tez-tez sidik ifraz edir.

Bəzi xəstəliklər (sistit, böyrək daşı xəstəliyi, piyelonefrit, qadınlarda ginekoloji xəstəliklər, kişilərdə prostat vəzi xəstəlikləri, şəkərli diabet və s.) sidik ifrazının tezliyini artırır.

Gecə saatlarında 1 dəfədən artıq sidik ifraz etmək normal sayılmır. Əgər siz gecə saatlarında tez-tez tualetə getmək üçün oyanırsınızsa, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.

Uzun müddət ərzində sidik saxlamaq orqanizm üçün olduqca ziyanlıdır. Bu çox ciddi pozulmaların inkişafına təkan verə bilər.

1. Uzun müddət ərzində sidik saxlayan insanda sidik kisəsinin iltihabının (sistit) riski artır. Bu xüsusilə qadınlara aiddir.

2. Uzun müddət ərzində sidik kisəsində qalan sidik sidik kisəsinin divarlarına dağıdıcı təsir edir.

3. Çox nadir hallarda olsa da sidiyi uzun müddət saxlamaq sidik kisəsinin partlamasına gətirib çıxarda bilər.

4. Enurezin (sidik saxlaya bilməmək hal) inkişafına səbəb ola bilər.

5. Sidik həddindən artıq dolmuş sidik kisədindən geriyə - sidik yollarına və böyrəklərə düşə bilər ki, bu böyrək iltihablarına səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır