Dərmanlar keyfiyyətsiz olduğuna görə sidik infeksiyasını müalicə edə bilmirəm – Tanınmış uroloq
07 MART
390

Dərmanlar keyfiyyətsiz olduğuna görə sidik infeksiyasını müalicə edə bilmirəm – Tanınmış uroloq

Azərbaycanın tanınmış uroloqu, tibb üzrə bloger həkim Vasif İsmayıl son illərdə ağırlaşmış sidik infeksiyası olan xəstələrdən birini də müalicə edə bilmədiyini və effekt almadığını etiraf edib. Fins.az xəbər verir ki, həkim sosial şəbəkədə bu uğursuz müalicələrin səbəbini də açıqlayıb:
" Əvvəl də dediyim kimi o qədər də fərsiz həkim deyiləm. Amma alınmır. Müvafiq qurumlar Azərbaycana gətirilən dərmanların keyfiyyət yüksəkliyi üçün tədbirlər görməlidir. Günah şirkətlərdə deyil, yəni sadəcə onlarda deyil. Dərman qiymətlərinin tənzimlənməsi bu vəziyyəti yaratdı.
Yaxşı antibiotik yaxşı qiymətə olur. Ucuz antibiotic adı nə olursa-olsun, təəssüf ki, işə yaramır. 
Azərbaycanda dərman bazarında ciddi problem olduğunu düşünürəm”. 
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır