SƏPGİLƏR əleyhinə evdə hazırlanılan KREM
19 MART
342

SƏPGİLƏR əleyhinə evdə hazırlanılan KREM

Həm uşaqlarda, həm böyüklərdə, hətta yenidoğulmuşlarda belə əmələ gələn səpgilər əleyhinə bu kremdən istifadə edə bilərsiniz.

Həmçinin özünüz evdə hazırlaya bilərsiniz. Allergen deyil, bütün bədən, üz üçün istifadə edilə bilər.

Hazırlanılması:

Zeytun yağı (rafinə olunmamış olmalı) – 100 qram

Arı mumu – 50 qram

Propolis – 10 qram

Yatıqqanqal otu – 1 çay qaşığı

Deməli, qaynayana qədər əvvəlcə yağ qızdırılır, sonra yatıqqanqal otu əlavə olunur, 5 dəq zəif qaynadılır. Sonra isə mum və propolis kiçik-kiçik doğranılaraq əlavə olunur və daha 1 dəq qaynadılır. Daha sonra oddan götürülür, süzülür və tam krem forması alana qədər bir şüşə qabda 10 dəq qarışdırılır.

Sonra adi bir krem qabına tökülüb ağzı bağlanılır. Kremdən bişməcələrdə, sızanaqlarda, səpgilərdə, irinləşmiş yaralarda, diatezlərdə gündə 2 dəfə nazik qatla dəriyə sürtülməlidir.

©Fizulihuseynov.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır