Hamiləlik zamanı cinsi həyat. Tez-tez verilən suallar
23 MART
1403

Hamiləlik zamanı cinsi həyat. Tez-tez verilən suallar

Hamiləlik zamanı bir çox qadınları narahat edən suallardan biri cinsi həyatın ziyanlı olub-olmamasıdır.

Tanınmış rus ginekoloqu Dmitriy Lubnin hamiləlik zamanı cinsi həyatla bağlı olan ən tez-tez verilən sualları cavablandırıb.

Tibb.fins.az  ginekoloqun tövsiyələrini təqdim edir.

1. Cinsi akt hamiləliyi poza bilər?

Qadın sağlamdırsa, hamillik normal keçirsə, hər hansı ağırlaşma, hamiləliyin pozulması riski yoxdursa, cinsi akt hamiləliyi poza bilməz.

Hamiləlik vaxtı hamiləliyin gedişatından və qadının sağlamlığından asılı olaraq qadına nəzarət edən ginekoloq hamiləliyin hər hansı dövrlərində cinsi həyatı qadağan edə bilər.  

2. Hansı hallarda cinsi həyat qadağandır?

Hamiləliyin pozulması riski, uşaqlıq boynu çatışmazlığı, çoxdöllü hamiləlik, cift problemləri (aşağıda yerləşməsi, cift çatışmazlığı və s.), qadında hər hansı ginekoloji xəstəlik, cinsiyyət orqanlarının anomaliyaları və s. hallarda cinsi həyat qadağan oluna bilər.  

Həmçinin ilk 3 ayında hamiləlikdən əvvəl olan "kritik günlərdə" də cinsi həyatdan çəkinmək lazımdır.

Bundan əvvəlki hamiləliklər dölsalma və ya erkən doğuşla nəticələnibsə, cinsi həyatdan çəkinmək daha məqsədəuyğundur.

3. Cinsi akt zamanı dölə mexaniki ziyan vurula bilər?

Döl uşaqlıq, döl kisəsi və dölyanı sularla əhatə olunub, uşaqlıq boynu bağlıdır. Nəticədə cinsi əlaqə zamanı dölə mexaniki ziyan vurmaq mümkün deyil.  

4. Cinsi akt erkən doğuşa səbəb ola bilər?

Əgər hamiləlik normal keçirsə, bu mümkün deyil.

5. Cinsi akt zamanı döl kisəsi yırtıla bilər?

Bu mümkün deyil.

6. Cinsi akt zamanı uşaqlığa mikroblar keçə bilər?

Döl uşaqlıq, döl kisəsi və dölyanı maye ilə əhatə olunur, uşaqlıq boynunda selikli tıxac var. Bütün bunlar dölü mikroblardan qoruyur.    

Lakin əgər kişidə hər hansı cinsi yolu ilə keçən infeksiya (süzənək, sifilis, xlamidioz ), virus xəstəlikləri (sitomeqalovirus, herpes), B və C hepatitləri varsa, cinsi həyat qadağandır.

©Sağlamolun.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır