Cinsi həyatı kabusa çevirən problem
28 MART
371

Cinsi həyatı kabusa çevirən problem

Cinsi həyat insan həyatının təbii və ayrılmaz hissəsidir. Normal cinsi həyat insanın sağlamlığında böyük rol oynayır.

Lakin bəzi problemlər var ki, onlar qadınların normal cinsi həyatına mane olur, onu hətta mümkünsüz edir. Uşaqlıq yolunun (vaginanın) quruluğu bu problemlərdən biridir.

Uşaqlıq yolunun divarlarında olan vəzlər daim az miqdarda selik ifraz edir. Bu selik uşaqlıq yolunun nəmliyini təmin edir. Cinsi əlaqə zamanı seliyin ifrazı artır ki, bu da cinsi aktı daha rahat və ağrısız edir. Müxtəlif səbəblərə görə uşaqlıq yolunun nəmliyini təmin edən vəzlərin fəaliyyəti pozula bilər ki, bu da uşaqlıq yolunun quruluğuna və nəticədə cinsi əlaqə zamanı ağrılara, hətta kiçik qanaxmalara səbəb ola bilər.

 

Tibb.fins.az Saglamolun.az-a istinadən xəbər verir ki, əksər hallarda uşaqlıq yolunun quruluğunun səbəbi menopauza ilə bağlı olan estrogen hormonların səviyyəsinin azalmasıdır. Bu hormonlar qadın orqanizmində gedən bir çox proseslərə təsir edir.

Digər səbəblər arasında bəzi preparatların qəbuludur. Bu preparatlar arasında: arterial təzyiqi normallaşdıran preparatlar, atropin, allergiya əleyhinə preparatlar, antidepressantlar, hamiləlik əleyhinə dərmanlar və s.  

Qadın uşaqlıq yolunun daxilini yuyursa, bu məqsədlə sabun, duş geli və s. kimi vasitələrdən istifadə edirsə, bu da quruluğa səbəb olur. Vagina özü özünü təmizləyən orqandır və onun daxilini yumaq nəinki mənasızdır, hətta çox ziyanlıdır.

Siqaret çəkən qadınlar tez-tez bu problemlə üzləşir.

Uşaqlıq yolunun quruluğunun digər səbəbləri arasında:

- stress və depressiya,

- immun pozulmaları,

- sidik-cinsiyyət sistemi infeksiyaları,

- uşaqlıq yolunun iltihabı (vaginit) və s.

Səbəbdən asılı olaraq uşaqlıq yolunun quruluğunun müalicəsi müxtəlif ola bilər.

Bunun səbəbi estrogen hormonlarının çatışmazlığı ilə bağlıdırsa, həkim hormonal preparatlar (həblər) təyin edə bilər. Bu preparatların yerli formaları (kremlər, xüsusi halqalar) da mövcuddur.

Cinsi aktı daha ağrısız və rahat etmək üçün xüsusi sürtgülər, lubrikantlardan istifadə oluna bilər.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır