Spirtli içki sümük xəstəliyi riskini artırır - Yeni ziyanları aşkar edildi
27 APREL
313

Spirtli içki sümük xəstəliyi riskini artırır - Yeni ziyanları aşkar edildi

Spirtli içki sümük xəstəliyi, xərçəng və ürək-damar xəstəlikləri riskini artırır. 
Tibb.fins.az xəbər verir ki, araşdırmaçılar 270 nəfər içki içməyən, 614 nəfər orta səviyyədə içki içən və 160 nəfər daim spirtli içki qəbul edən insanlar üzərində müşahidə aparıblar.
Mütəxəssislər spirt qəbul edən insanların mikroflorasında dəyişikliklərin baş verdiyini və Bakteroidal, Actinomyces və Neisseria kimi bakteriyaların artdığını müəyyən ediblər. 
Qeyd edək ki, bakteroidallar iltihab, dərin yaralar yaradır və bədxassəli şişlərə səbəb olur.  
Bundan əlavə, spirt qəbul etmək orqanizmdəki laktobacilli maddəsinin miqdarını azaldır, bu isə ağız və həzm orqanları xərçənginin inkişafına gətirib çıxara bilər. 
© Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır