İmmunitetin zəiflənməsi xərçəngə səbəb ola bilər. Bunu hamı bilməlidir
10 MAY
190

İmmunitetin zəiflənməsi xərçəngə səbəb ola bilər. Bunu hamı bilməlidir

Hamı bilir ki, immun sistemi insanları infeksiyalardan, mikroblardan və s. ziyanlı agentlərdən qoruyur.

Lakin immun sistemimiz bizi orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələrdən də qoruyur.

İnsan orqanizmində hüceyrələr daim ölür və yeniləri ilə əvəz olunur. Bəzən bu prosesdə pozulma yaranır ki, normal hüceyrənin əvəzinə "xarab", "keyfiyyətsiz", öz funksiyasını yetirə bilməyən hüceyrə əmələ gəlir. Bu xərçəng hüceyrəsidir. İmmun sistemimiz bu hüceyrəni dərhal tapır və məhv edir. Beləliklə, insan orqanizmində hər gün xərçəng hüceyrələri yaranır və immun sistemi tərəfindən məhv olunur. Nəticədə insanda xərçəng xəstəliyi inkişaf etmir.

Lakin müxtəlif səbəblərə görə (stress, xroniki xəstəliklər, düzgün olmayan qidalanma, aclıq, həddindən artıq yorğunluq və s.) insanın immun sistemi zəifləyə bilər. Nəticədə immun sistemi daha "ləng" işləyir , xərçəng hüceyrələri vaxtında tapmır və məhv etmir ki, onlar çoxalmağa başlayır. Bu isə, təəssüf ki,  orqanizmdə xərçəng şişin əmələ gəlməsinə səbəb olur.

Araşdırmalar sübut edir ki, bir çox hallarda xərçəng xəstəliyi məhz immun sisteminin zəiflənməsi fonunda inkişaf edir. Bu səbəbdən immunitetin zəiflənməsi xərçəng xəstəliklərinin əsas risk faktorlarından biri sayılır.

Beləliklə, özünü xərçəng xəstəliklərdən qorumaq istəyən insan ilk növbdə öz immun sistemini daim yüksək səviyyədə saxlamağa çalışmalıdır. Bu kifayət qədər asandır. Bunun üçün düzgün qidalanmaq, kifayət qədər yatmaq və dincəlmək, həddindən artıq yorulmamaq, fiziki aktiv olmaq, streslərdən uzaq durmaq, orqanizmdə olan infeksiya ocaqlarını vaxtında müalicə etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır