Ginekoloqdan sonsuzluğun səbəbləri barədə açıqlama
30 MAY
735

Ginekoloqdan sonsuzluğun səbəbləri barədə açıqlama

Tibb.fins.az tanınmış mama-ginekoloq Samirə Hüseynovanın qadın-kişi sonsuzluğu ilə bağlı müsahibəsini təqdim edir. 
Polikostoz təsdiqlənədən sonra subay xanımlarda əsas istiqamət kişi hormonlarının səviyyəsinin azaldılmasına yönəlir ki, xarici görünüşcə kompleks yaşamasınlar.
Əgər arıqlayarlarsa, bu xəstəlik spontan olaraq geri çəkilir, irəliləmir və ümumi vəziyyət normallaşır. 
-Samirə xanım,  bilirik ki, siz uzun müddət hamilə qala bilməyən qadınları müalicə edir, 6-7 illik sonsuzluqdan sonra ailələrə övlad vermisiz. Sizcə son illər sonsuzluğun əsas səbəbləri siyahısında hansı patologiyalar ön yerdədir və müasir dövrün xəstəlikləri hansılardır?
- Qadın sonsuzluqlarının payında son zamanlar infeksiyalarla bağlı boru keçirilməzliyi birinci yerdə durur. Əksər qadınlarımızın boruları təəssüf ki, bağlıdır.
Daha sonra hormonal problemlərdən anovulyasiya, endokrin səbəblər ümumən götürdükdə, elə əvvəlki illərdəki kimidir. Baxmayaq ki, təbabət inkişaf edir, müayinə, müalicə üsulları yaxşılaşıb, 10-20 il öncə ilə müqayisədə statistik olaraq bir dəyişmə, irəliləyiş yoxdur. Hələ də qadınlarımız hormonal disbalansdan və bundan qaynaqlanan sonsuzluqdan əziyyət çəkir. Son dövrlər isə infeksiyaların sayı çoxalıb: xlamidiyalar, qonoreyalar... 
- Boru keçməməzliyi yeniyetməlik dövründən ola bilərmi? Məsələn 15-18 yaşdan borular bağlanıb, qızın xəbəri yox və o borusu bağlı olaraq ailə qurur. 
-Bəli. Kiçik yaşlarında çanaq orqanlarında keçirilmiş əməliyyatlardan sonra, hətta appendisit əməliyyatından sonra da bitişmələr olduğundan boru bağlana bilər. Bunu da ancaq ailə qurduqdan sonra müayinə edə bilərik. Əsas müayinə üsulumuz rentgen və laporoskopiya zamanı kontrast mayeni uşaqlığa daxil olunması metodudur. Biz bunu qız uşaqlarında edə bilmirik. Ailə qurduqdan sonra ən tezi 6 aydan sonra hamiləlik baş vermirsə, artıq borular yoxlanmalıdır. 
Burda əsas əlamət budur ki, kişidə vaxtilə infeksiyalar, viruslar olub. Daxili orqanların vərəmi, qonoreya – bunlar kişilərdən keçir. Əgər evlənməzdən əvvəl kişidə bunlar olubsa, qadına da keçirsə, zamanla boru bağlanır. Yaxşı ki, borular cütdür, biri tutulanda, biri açıq qala bilər.
-Nənələrimiz, analarımız həmişə soyuq yerdə oturma, daş üzərində oturma, qalın geyin – soyuqlayarsan, uşağın olmaz kimi məsləhətlər verir. Bu kimi səbəblər borularda iltihaba səbəb olub, onları bağlaya bilərmi?
-Yox, o səbəblər ümumi soyuqlamadan immunitet zəifləməsinə səbəb olar. İmmunitet zəifliyinə görə orqanizmdə müəyyən dəyişikliklər baş verə bilər. Amma soyuq yerdə oturmaqdan, dondurma, su, geyim səbəbindən borular bağlanmaz. Əsas faktoru qeyd etdik: kişidən keçən infeksiyalar və əməliyyat sonrası fəsadlar.  İkincili sonsuzluqda daha çox keysəriyyə əməliyyatı keçirdikdən sonra da borularda bağlanma ola bilər. Borular müəyyən qədər histerosalpinqoqrafiyada – yəni yoxlama zamanı açılır. Hansı səviyyədə bağlı olmasından asılı olaraq laporoskopik də açıla bilər. 
- Azərbaycanda subay qızlarda ən çox rast gəlinən problemlərdən ən birincisi də yumurtalıqların kistası və polikostozudur? Deyirlər, onun da tam müalicəsi yoxdur. 
- Polikistik overlər endokrin pozulmaların nəticəsində qızlarda hələ erkən yaşlardan başlayır. İrsi səbəb də ola bilər, ailədə nənədə, anada varsa, qızda da olur. Amma tibb 100% bunun kökünün nədən qaynaqlandığını bilmir, səbəblər o qədər çoxdur. Yumurtalıqların polikistozunun simptomatik müalicəsi aparılır. Dünyada bunun 100% müalicəsi təəssüf ki, yoxdur. Bunu həkim olaraq pasiyentə izah edirik. Amma polikistoz olmaq o demək deyil ki, qadın heç vaxt ana ola bilməyəcək. Düzdür, 70% hallarda polikistoz sonsuzluğun səbəbi ola bilir. Çünki bu qadınların menstruasiyası normal olmur, yumurtalıqlar çalışmır, follikullar yetişmir. Bəzən 4-6 aya qədər menstruasiya gecikir. Qızlarda piylənmə, kökəlmə, tüklənmə əlamətləri görülür. 
Müayinələr zamanı polikostoz təsdiqlənədən sonra subay xanımlarda əsas istiqamət kişi hormonlarının səviyyəsinin azaldılmasına yönəlir ki, xarici görünüşcə kompleks yaşamasınlar. Bir də arıqlamaq. Əgər arıqlayarlarsa, bu xəstəlik spontan olaraq geri çəkilir, irəliləmir və ümumi vəziyyət normallaşır. Köklük başlıca problemdir. Kişi hormonlarının aşağı salıb, arıqlamağa nail olsaq, xanımda reprpoduktiv fəaliyyət bərpa olunur. 
Polikostuzu olan qadınlarda spontan olaraq ildə 2-3 dəfə follikul yetişməsi baş verir. Ona görə bəzən ola bilir ki, ailə qurmaq məhz bu ərəfəyə düşdükdə hamiləlik baş verir. Amma pasiyentlər də var ki, bu səbəbdən illərlə əziyyət çəkir, hamilə qala bilmir, sonra müalicələrə başlayırlar, əgər effekt olmazsa süni mayalanmaya üz tuturlar.
Genetik analizdən sonra məlum oldu ki, oğlanın genetik səbəbdən problemi var və onun ata olmaq şansı yoxdur. Yeganə çıxış yolu başqa donor ilə ata olmaqdır. Bunu ailəyə başa salmaq da çətindir.
İzah edirik, amma əsasən də oğlan və valideynləri qəbullanmır, yenə də çıxış yolunu boşanmaq, başqası ilə evlənməkdə görür.
 
 
 
 
-Sizin təcrübənizdə sonsuzluğun müalicənizdə uğurunuzun əsas səbəbi nədir? 
-  Uzun müddət sonsuzluqdan əziyyət çəkənlərdə həm kişi, həm qadın faktorları olur. Bizdə müalicə paralel gedir. Kişi uroloq-androloq yanında, qadın isə ginekoloq müalicəsində olmalıdır. Mənim təcrübəmdə daha çox endokrin mənşəli sonsuzluqlar çox olur. Hormonlar tibbdə ən qəliz sahədir. Əgər ginekoloq endokrinologiyanı bilərsə, çox yaxşı nəticələr əldə edə bilər. Bilməzsə, o zaman müalicənin effekti olmayacaq. Sonsuzluqda ginekoloqun işi təkcə yumurtalıq, uşaqlıqla uğraşmaqdan ibarət deyil. Çox vaxt heç səbəb orqanlarda olmur. Hormonları  yaxşı bilmədən sonsuzluğu müalicə etmək mümkün deyil. Bir də yaxşı ginekoloqun yaxşı uroloqu olmalıdır. Bunlar kompleks işlərdir. 
Bizim kişilər də bildiyiniz kimi bu məsələlərə eqoist, qadını həkimə gətirir, özü kənarda qalır, özlərini fiziki olaraq sağlam, güclü hesab edirlər, bəlkə də ilk baxışda problem görünmür. Amma normal intim əlaqədə olmaq, qadınla münasibətdə problem yaşamamaq o demək deyil ki, o kişidə sonsuzluq problemi olmur. Əksinə.. Bu yaxında bir pasiyentim oldu, gənc ailə idi. Qadını müalicə ediblər. Kişinin spermoqramma nəticəsi gəlir: azoserpm, 0 faiz. Bu qadının nə günahı var ki, 3 il iynə-dərman qəbul edib? Genetik analizdən sonra məlum oldu ki, oğlanın genetik səbəbdən problemi var və onun ata olmaq şansı yoxdur. Yeganə çıxış yolu başqa donor ilə ata olmaqdır. Bunu ailəyə başa salmaq da çətindir. İzah edirik, amma əsasən də oğlan və valideynləri qəbullanmır, yenə də çıxış yolunu boşanmaq, başqası ilə evlənməkdə görür, bəlkə başqa qadından oldu deyə düşünürlər. Təbii ki, donor spermi ilə valideyn olmaq üçün tərəflərin hər iksinin qarşılıqlı razılığı olmalıdır.
-Bəs evlənəndən sonra bu halla rastlaşan qızlarımız nə etsinər? Sonsuzluqda belə deyək günahkar kişidirsə, axı toydan öncə bu səbəbləri bilmək mümkündür. Bilə bilə kiminsə qızını bədbəxt etmək də düzgün deyil. 
- Hazırda nigahdan öncə sağlamlığın yoxlanması proseduru keçirilir. Təklif edərdim ki, bu müayinələrə reproduktiv müayinələr də əlavə olunsun. Ya da gənclər maariflənməlidir. Toydan öncə oğlan heç olmasa bir spermoqramma versin, qız da heç olmasa ginekoloq müayinəsindən keçib follikulların vəziyyətin yoxlatsın və nəticələr qarşılıqlı olaraq göstərilsin.
Bilirsiz, bizdə əksəriyyət qızlar bakirə ailə qurduqları üçün onlarda ciddi, ağır bir infeksiyanın olma ehtimalı yoxdur. Çünki intim münasibətdə olmayıb. Əgər toydan sonra qadında infeksiyalar aşkarlanırsa, bunun belə deyək səbəbkarı həyat yoldaşı, kişidir. Toydan öncə kişinin toxum analizi və infeksiyalara görə yoxlanması vacibdir. Yoxsa gənc ailələrin sonradan problemləri yaranacaq və hətta bu üzdən boşanma faktları da var.
Çox pasiyentlər gəlir ki, evlilkdən sonra axıntı, qaşınma olur, buna tibbdə "Bal ayı sistiti” deyilir. Orogenital cinsi yolla keçə bilən infeksiyalardan yoxlamağa məcburdurlar. Bəzi kişilər etiraf edir, bəziləri isə etiraf etmək istəmir. Amma müayinədən sonra onsuz da hər şey aydın olur. Burda gizlədiləsi bir şey də yoxdur. 
Bu gun kandiloma, papilommalar çox yayılıb. Qadınlarda papiloma viruisu hətta xərşəngə də səbəb olur. Çox olur ki, qızlarımız toydan sonra özündə, yəni genitaliya hissədə ət kimi xalların çıxmasını müşahidə edir. Ya da hamilə ikən müayinəyə gələndə kandiloma aşkarlanır. Bu infeksiyalarla zarafat etmək olmaz. Yaxşı olar ki, başlanğıcda müalicə olunsunlar. Amma bir həkim kimi məsləhət görərdim ki, nikahdan öncə yoxlanmaya cinsi infeksiya, virusların yoxlanması və reproduktiv müayinə də əlavə olunsun. Bu sağlam və uzunömürlü ailənin qurulması üçün indiki dövrdə çox vacibdir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır