Qarın piylərini əritməyin sirri
20 İYUN
252

Qarın piylərini əritməyin sirri

Həkimlər iddia edir ki, qadının beli 80 santımetr, kişinin beli isə 94 santımetrdən çox olmamalıdır. Çox qidalanmaq piylənməyə səbəb olur və bu zaman insan özü üzərində işləməlidir ki, piylər ərisin. Əks halda bu piylənmə digər xəstəliklərə də səbəb ola bilər.

Arıqlayan insanlar bəzən tələyə düşür. Belə ki, insanların qarın nahiyəsinin piyləri ərimir. Mütəxəssislər bildirir ki, qarınətrafı yağların əridilməsi üçün mütəxəssislərə müraciət etmək lazımdır. Mütəxəssislər bunu ya xüsusi iynələr, ya da masaj vasitəsi ilə əridir. Çünki bu zaman dieta həmin piylərin ərinməsinə kömək etmir.

Əgər sağlam həyat tərzinə keçə bilsəniz bu zaman qarın piyləri bir il sonra əriməyə başlaya bilər. Bəzən isə bu piylərin yox olmamasının bir səbəbi də genetika ilə əlaqədar olur. Yəni ki, bəzi insanlarda arıqlama prosesi sürətli gedir, digərlərində isə bu proses yavaş gedir və piylər gec əriyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır