Azərbaycan qadınlarında nə çatışmır – Rusiyanın məşhur həkimini Bakıda şoka salan səbəb
20 İYUN
15516

Azərbaycan qadınlarında nə çatışmır – Rusiyanın məşhur həkimini Bakıda şoka salan səbəb

May ayında Azərbaycanda olmuş Rusiyalı həkim-ginekoloq, osteopat Nikita İstomin Bakıda sonsuzluqdan əziyyət çələn pasiyenlərini qəbul edib. 
Pasiyentlərə analizlər təyin edən mütəxəssis cavablardan dəhşətə gələrək, sosial şəbəkədə Azərbaycanla bağlı maraqlı status paylaşıb:
"Azərbaycanda pasiyentlər arasında D3 vitamini kritik dərəcədə çatışmır. Bu faciəvi total defisitdir. Çox qadınlarda anemiya, hipoterioz var. Hansı ki, bu ölkədə günəş işığı və istisi çatışmazlığı yoxdur. Və bu qadınlar qəbula ikincili sonsuzluq və dəfələrlə düşük diaqnozu səbəbindən  gəlmişdilər.
Bunu ona görə deyirəm ki, yayda günəş vannası qəbul etmək üçün ora-bura qaçanlar ümid etməsin ki, D3 vitamini ehtiyatını tutacaq. Nəticə çıxaraq, dostlar. Günəşə və meyvələrə ümid etmək, indiki şərtlərlə özünü aldatmaqdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır