İsti su, duz, şəkər - dərini belə QOCALDIR - FOTOLAR
25 İYUN
393

İsti su, duz, şəkər - dərini belə QOCALDIR - FOTOLAR

Qadınlar gözəlliklərini qorumaq üçün gözəllik salonlarına kifayət qədər pul xərcləyirlər. Gün ərzində bir neçə saat salonda özünə qulluq etdikdən sonra isə normal həyat tərzinə, əyləncəyə davam edirlər. Yay mövsümu ilə əlaqədar tez-tez duş qəbul edirik. Bəs bilirsizmi, tez-tez isti duş qəbulu bədənin tez qocalmasına səbəb olur?

Qadınların həyatı kifayət qədər ağırdır – ev işləri, şəxsi həyat, uşaqlar, problemlər və s. Bununla bərabər, sağlam həyat tərzini qorumaq da önəmlidir. Bir sıra vərdişlər özümüzdə bilmədən bizim gözəlliyimizi əlimizdən alır. Bəzən saçlara qulluq edərkən dərimizi diqqətdən qaçırdırıq və ya əyləncə xətrinə mütəmadi vərdişlərimiz bizim üçün qarşısı alınmaz probemlər yarada bilir. Bütovlükdə bədənimiz, dərimiz zərrə görməsin deyə, onlara “düşmən” olan vasitələri, vərdişləri tanımağın zamanıdır. Elə isə diqqətli olun:

Xlor

İndi düşünəcəksiz ki, nə əlaqə? Hovuzda üzməyi çoxları sevir. Bəs hovuzun suyunun xlorlandığını unudursuz? Xlorlanmış su dərini amansızcasına qurudur, allergik reaksiyaların yaranmasına səbəb olur. Hovuza daha az girmək məsləhətdfir. Yaxşı olardı ki, hovuza girməzdən əvvəl və sonra dəriyə qidalandırıcı və nəmləndirici yağlar sürtəsiniz.

Makiyajı təmizləmədən yatmaq

Artıq izahata ehtiyac yoxdur. Bunun bütün dəri hüceyrələrini nə qədərəcədə məhv etdiyini, dərinin nəfəs almasının qarşısını aldığını bilirik.

Qəhvə

Əfsuslar olsun ki, əsasən səhər saatlarında içdiyiniz bu içki, orqanizmi o qədər susuzlaşdırır ki, hətta ən kiçik qırışları belə gözə çarpacaq dərəcədə artırır. Yaxşı olardı ki, kofeni böyük bir stekan su ilə əvəz edəsiniz.

Üzdə olan sızanaqları sıxmaq

Belə etdiyiniz zaman siz üzdə olan bakteriyaları dərinin daha dərin qatlarına yeridirsiz. Bununla da onu təmizləmiş olmursuz. Əksinə özü ilə bərabər “dostlarını” da gətirməsinə şərait yaradırsız.

İsti duş

Qışda soyuqdan qorunmaq üçün mümkün qədər isti su ilə çimirik. Lakin bu bədən dərisi üçün çox ziyandır. Dərinin qırışmasına və vaxtından əvvəl sallanmasına səbəb olur. Nisbətən soyuq su ilə çimmək dərinin dartılmasına və gənc görünməsinə kömək edir.

Susuzluq

Suyu nə qədər az içsəniz dəri rənginiz bir o qədər solğun və kükürd rənginə çalacaq. Gün ərzində orqanizmi tələb etdiyi qədər içməli su ilə təmin edin. Belə olan halda dəriniz uşaq dərisi kimi yumuşaq olacaq.

Mobil telefon

Bahalı telefon sahibi olmanızla qürur duyursuz? O zaman telefonunuzun ekranının da bakteriyalarla zəngin olduğundan xəbərdarsınız demək. Siz telefonu üzünüə yaxınlaşdırıb danışdığınız zaman şüa vasitəsilə bakteriyalar üz dərisinə təmas edir və yanaq nahiyyəsində qırışları dərinləşdirir. Mümkün qədər salfet istifadə edin və telefonun ekranını üzünüzdən aralı saxlayın.

Kəskin çəki itirilməsi

Kəskin kökəlmək və arıqlamaq dəri elastikliyinin azalmasına səbəb olur. Belə olan zaman dəriniz sallanmış hal alacaq. Bunu aradan qaldırmaq üçün sadəcə düzgün qidalanmaya üstünlük verin, pəhriz sizə kömək etməyəcək.

Yuxusuzluq

Gecə dəri maksimum dərəcədə özünü bərpa edir. Bu proses üçün həkimlərin də təsdiqlədiyi kimi 8 saatlıq yuxu rejiminə riayət etmək lazımdır.

Qidaların tərkibindəki duz

Duz nəinki orqanizmi eləcə də dərini məhv edən əsas konservantlardan biridir.Yaxşı olardı ki, onu ev bulyonları və qurudulmuş göyərtilərlə əvəz edəsiniz. Müxtəlif ədviyyatlar və paketlənmiş şorbalardan uzaq durmağa çalışın.

Kobud yastıqlar

Yastıqlar və yastıq üzlükləri üzərində milyonlarla bakteriyalar var. Bununla yanaşı yastıqların sərt olması üz dərisinə mənfi təsir edə bilir. Sintetik tərkibli yastıqlar daha yumuşaq olduğu üçün nisbətən daha məsləhətlidir. Onlar eyni zamanda heç bir allergic reaksiya da vermir. Həftə ərzində 3 dəfə üzlükləri dəyişməyiniz həm tənəffüs sisteminiz üçün, həm də dəriniz üçün faydalıdır.

Mimikalar

Tez-tez özümüzdən asılı olamadan müxtəlif mimikalardan istifadə edirik. Fikir verməsək də, bütün günü alnımızı qırışdırırq, əsəbi halda qaşqabaq edirik, gözlərimizi qıyıb, çənəmizi gəririk. Yeri gəlmişkən söyləmək lazımdır ki, bütün bunlar qırışların yaranmasına səbəb olur. Mimikalarla emosiaları büruzə verməkdən qaçmaq lazımdır. Axşamlar üz dərisini zəif hərəkətlərlə masaj etmək, dəriyə nəfəs alması üçün imkan yaratmaq lazımdır. Mümkün qədər makiyajsız həftələrin sayını artırın.

Stress

Gözəlliyin əsas düşmənidir. Hətta makiyajla yatmaqdan daha ziyandır.Stressdən qaçmaq üçün təmiz havada gəzin. Üzünüzü soyuq su ilə yuyun .

Şəkərli qidalar

Tərkibində şəkər olan qidalardan həddən artıq istifadə dərinin elastikliyini təmin edən çox əhəmiyyətli kollaqen lif birləşmələrin dağılmasına səbbə olur. Dozanı tədricən aşağı salmaq lazımdır. Məsələn, çaya üçdə bir çay qaşığı şəkər və ya həftə 1 qaşıq olmaqla dozanı azaltmaq lazımdır.

Passivlik

İnsan nə qədər çox hərəkətlə olarsa, qan dövranı o qədər yaxşı fəaliyyət göstərər. Bu həm də dərinin rənginə də təsir göstərir. Səhər saatlarında bir neçə kilometr qət etməkdən çəkinməyin.

Alkoqoll istifadəsi

Qəhvə kimi tərkibində kofein və alkoqol olan bütün içkilər orqanizmi susuzlaşdırır. Nəticədə isə dəri quruyur və çatlamağa başlayır. Orqanizmi nə qədər təbii qidalarla bəsləsəniz üzünüzdə bir o qədər təbii və təravətli olar.

Sauna

Bəli, sauna orqanizmdən zəhərləri və artıq mayeni çıxarmağa kömək edir. Lakin, eyni zamanda yüksək temperaturu və infraqırmızı şüalanma vaxtından əvvəl qocalmaya gətirib çıxarır. Ən təhlükəsiz variant – ayda yalnız bir dəfə saunadan istifadə etməkdir.

Tütün məhsulları

O qorxunc məhsulların üzərini oxumağınız kifayətdir. Siqaret istifadəçilərinin dişlərinin saralması kimi, dəri rənglərinin də dəyişməsi müşahidə edilir.

Oxuduqlarınıza əməl edərək dərinizin qeydinə qala bilərsiz. Kimyəvi maddələr, kremlər, müxtəlif prosedurlara müraciət etməzdən əvvəl təbii yollarla dərinizin sağlam qalmasına çalışın. (Publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır