Rektosel nədir?
29 İYUN
120

Rektosel nədir?

Rektosel yoğun bağırsağın son hissəsinin uşaqlıq yoluna doğru şişməsidir.Bu zaman rektumun divarı şişkinləşib uşaqlıq yoluna doğru şişərək böyüyür.Bu zaman bağırsağın divarı nazikləşir,şişkinlik səbəbli divertikula yarana bilir.Divertikula bağırsağın hərəkəti zamanı aşağı doğru sallana bilir.
Rektoselin əmələ glməsinə aşağıdakılar səbəb ola bilir:
* rektal nahiyənin patolji dəyişiklikləri
* rektal hissənin qabaq əzələlərinin arxa tərəf əzələlərinin üstünə çıxması
* kiçik çanaq orqanlarının əzələsinin anadangəlmə zəif inkişafı
* xroniki qəbizlik və düz bağırsağın disfunksiyası
* anal dəliyin funksiyasının pozulması
* yaşla əlaqədar disfunksiya və kiçik çanaq əzələlərinin rektal bölgəsinin atrofiyası
* qadın cinsi orqanlarının xəstəlikləri
Rektoselin əmələ gəlməsində polietioloji xəstəliklərin də rolu böyükdür.Xroniki daxili təzyiqin olması,müxtəlif travmalar,rektovaginal hissənin zəifləməsi də xəstəliyin inkişaf etməsində mühüm rol oynayır.Xəstəliyin qadınlarda inkişaf etməsinə qadınların ağır doğuş keçirmələri və iri uşaq dünyaya gətirmələri səbəb olur.Çünki,rektoselə yaxalanmış qadınlar xəstəliyin ilkin simptomlarının doğuşdan sonra meydana çıxmasını qeyd edirlər.Xəstəlikdən əziyyət çəkənlərin 83% xroniki qəbizlikdən,15% isə ağır fiziki işlə işləyənlərdən ibarət olur.Xəstələrin 18%-də perkosel histerektamiyadan iəziyyət çəkir.63% qadınlarda isə rektoselin əmələ gəlməsində aşağıda sanalanan faktorlardan ən azı ikisi müşayət edilir.
* Ağır doğuşlar zamanı düz bağırsaq-uşaqlıq yolunun doğum travmaları nəticəsində cırılması.
* Doğuş zamanı mamaçanın sərt manipulyasiyası.
* Təkrar doğuşlar.
Bu səbəblər kiçik çanaq əzələlərinin zəifləməsinə, rektoselin əmələ gəlməsinə səbəb olur.
Düz bağırsağın ön əzələlərinin arxa əzələlinin üstünə çixması kiçik çanağın əzələsinin zəifləməsi səbəbli baş verən rektovaginal arakəsmənin şişməsinə səbəb olur.Bu zaman cinsi əlaqə zamanı düz bağırsaq hərəkətli olur.
Rektosel təkcə düz bağırsağın anatomik quruluşunun çatışmamazlığı ilə əlaqədar olmur.Bu düz bağırsaq öz funksiyasını düzgün yerinə yetirmədikdə də baş verir.
Əlamətləri,kliniki gedişi
Rektoselin əsas əlamətlərindən biri bayıra çıxmanın çətinləşməsidir.Bu zaman xəstələr bağırsaq möhtəviyyatının tam axıra kimi çıxarmaqda çətinlik şəkirlər, xəstələr məcburi olaraq özləri əl vasitəsilə nəcisi xaricə şıxarmağa məcbur olurlar.Nəzisin tam xaric olunmaması xəstələri yalançı defekasiya aktına çağırışlara məcbur edir.Düz bağırsağıqda əmələ gəlmiş çökəklikdə nəcis kütləsi qaldığı zaman orada iltihablaşma əmələ gəlir.
Xəstəliyin əmələ gəlməsi bir-neçə mərhələdə həyata keçir.Əvvəlkcə düz bağırsaq defekasiya zamanı öz işini görə bilmir.Bağırsaqda nəcsin qalması defekasiya aktının 2 dəfə baş verməsinə səbəb olur.Əklsər hallarda xəstələr bağırsaq möhtəviyyatını yumşaldan dərmanlar qəbul edir və ya klizmadan istifadə edirlər.Bu vasitələrlə xəstələr 2-3 il keçinə bilirlər.Bu dövrdə anal dəlikdə müxtəlif patologiyalar meydana çıxır(babasil,anal dəliyin çatları,düz bağırsaqda svış və s.).
Sonralar xəstələrin əksəriyyəti defekasiya aktı zamanı şətinlikdən və nəcisi xaric etmək üçün mütləq əldən istifadə etmələrindən şikayət edirlər.Əksər hallarda anal dəlikdə qan ,ağrı və diskomfort müşahidə edilir.
Kliniki xüsusiyyətləri
Xəstəliyin ilkin mərhələsində düz bağırsağın arxa divarında kiçik çökökliyin əmələ gəlməsi ilə xarakterizə edilir.Bu zaman qadınların şikayətləri çox olmur.İkinci mərhələ həmin hissənin uşaqlıq yoluna doğru irəliləməsi ilə gedir.Üçüncü mərhələdə uşaqlıq yolunun arxa divarı öz hüdüdlarından çıxır və böyüyür.Bu zaman xəstələrdə tez-tez defekasiya aktına çağırış olur.Rektoselin klinikasının gedişi rentgenoloji baxış və rektoloqun müayinəsi vasitəsilə təyin edilir.Rentgenoloji müaiyədə xəstəliyi I mərhələsində 2 sm,II mərhələsində 3sm,III mərhələsində isə 4 sm-dən böyük ölçüdə pektosel çökəkliyi qeyd edilir.
Diaqnoz
Rektoselə diaqnozun qoyulması çətinlik törətmir.Xəstənin şikayətləri,toplanmış anamnez və rentgenoloji müayinə diaqnozun qoyulmasına yardım edir.Müayinə zamanı uşaqlıq yolundan düz bağırsağa genələn hissədə nəcis kütləsinin qalması diaqnozu tam dəqəqləşdirir.
Diaqnozun qoyulmasında əsas rol düz bağırsağın yoxlanılmasıdır.İnstrumental müayinə zamanı əmələ gələn çökəkliyin ölçüsünü təyin edərək xəstəliyin hansı mərhələdə olduğunu təyin etmək mümkündür.Differensial diaqnoz zamanı rektosellə sistoseli dəqiq araşdırmaq və diaqnozları qarışdırmamaq əsas məsələlərdən biridir.
Müalicəsi
Xəstəliyin müalicəsi kliniki əlamətlərin ağırlıq dərəcəsinə uyğun olaraq cərrahi yolla aparılır.Müalicə xəstəlinin bağırsağının motor funksiyasını yaxşıladırılması ilə başlayır.Əvvəlcə xəstəyə konservativ müalicə təyin edilir,sonra əməliyyat tətbiq edilir.Konservativ müalicəyə aşağıdakılar aiddir:
* dieta
* osmotik sakitləşdirici preparatlar
* prokinetiklər
* bağırağın mikroflorasını yaxşılaşdıran dərmanlar
Bu müalicə əməliyyatdan 1-2 ay əvvəl başlayır.Xəstələrə müalicə idmanı tətbiq edilir.Bu idman kiçik çanağın əzələsinin möhkəmləndirilməsi istiqamətində aparılır.Xəstənin uşaqlıq yolu və bağırsaq iltihabının olub-olmaması nəzarətdə saxlanılır.
Cərrahi müdaxilə adətən xəstəliyin II-III mərhələlərində aparılır.
Rektosel əməliyyatının 500 müxtəlif üsulları var.Onların hamısı 2 əmələ xidmət göstərir.Düz bağırsaqda olan çökəkliyin pərçimlənməsinə və onun uşaqlıq yoluna meyl etməməsinə.
Əməliyyat ümumi ağrıkəsicilərlə və yerli keyləşdirmə ilə aparılır.
Xəstəliyin gedişi xoşxassəlidir.Əksər xəstələrdə əməliyyatdan sonra defekasiya akrı və əzələlərin funksiyası bərpa olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır