İsti havada ən yaxşı 2 içki
02 İYUL
350

İsti havada ən yaxşı 2 içki

İsti havada insan orqanizmi tərlə çoxlu maye itirir, nəticədə orqanizmdə susuzlaşma inkişaf edir.

Susuzlaşma çox təhlükəli haldır. Onun nəticəsində qan qatılaşır ki, bu da damarlarda trombların əmələ gəlməsi riskini kəskin artırır.

Qan laxtası olan tromb damarın daxilində qan axını ilə hərəkət edə bilər. Daha ensız yerə düşdükdə tromb damarı tam bağlaya bilər. Bu çox təhlükəli vəziyyətdir.

Tibb.fins.az xəbər verir ki, beyində damarın trombla qapanması insultun, ürəkdə infarktın inkişafına səbəb olur. Ağciyər arteriyasının trombla qapanması ani ölümə səbəb olur. Ətraflarda (daha tez-tez aşağı ətraflarda) damarların trombla tutulması qanqrenaya (toxumaların çürüməsi) gətirib çıxarda bilər.

Beləliklə, susuzlaşmanın qarşısını almaq həyati vacib məsələdir.

Mayenin itkisini bərpa etmək üçün insan daha çox su içməlidir. Adi su susuzlaşmanın qarşısını alan ən yaxşı vasitədir. Su sərin olmalıdır. İsti havada soyuq su içmək olmaz ki, bu damarların ani sıxılmasına səbəb olur. Belə sıxılma isə ürək tutması və hətta infarkt və insultun inkişafına təkan verə bilər.

Mütəxəssislər isti havada suya bir qədər limon şirəsi və bir az duz əlavə etməyi tövsiyə edir. C vitamini damarın sağlamlığını qoruyur, duz isə orqanizmdə mayeni saxlayaraq susuzlaşmanın qarşısını alır.   

İsti havada mineral sular da yaxşı seçimdir. Onların tərkibində olan mineral duzlar orqanizmin su-duz balansını bərpa edir. Lakin müalicəvi deyil, süfrə suları seçin. Müalicəvi suların tərkibində olan mineral duzların miqdarı daha çoxdur və onları yalnız həkim təyin edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır