İşıqların sönməsi xəstəxanalarda çətinlik yaradıb? - RƏSMİ AÇIQLAMA
03 İYUL
243

İşıqların sönməsi xəstəxanalarda çətinlik yaradıb? - RƏSMİ AÇIQLAMA

Mingəçevirdə yerləşən "Azərbaycan" İES-də qəzanın baş verməsi nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") işıqsız qalması həkimlərin işində çətinlik yaradıb. 
Tibb.fins.az xəbər verir ki, xəstəxanaya müraciət edən xəstələrdən yüngül xəsarət alanları 3 saylı Kliniki Tibbi Mərkəzə və Travmatoji Mərkəzə yönləndirilib.
Həkimlər məcbur olub əl fanarlarının köməkliyi ilə ilkin tibbi yardım göstərib. 
Medicina.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədovanın sözlərinə görə, işıqların sönməsi nəticəsində generatorlar dərhal işə düşüb: 
"Xəstəxanalarda heç bir problem yaranmayıb. Bununla bağlı nazirliyə şikayət daxil olmayıb".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır