Sistitin əlamətləri - Uroginekoloq Doktor Aygün Səlimova
04 İYUL
961

Sistitin əlamətləri - Uroginekoloq Doktor Aygün Səlimova

Müəllif: Uroginekoloq Doktor Aygün Səlimova

Əlaqə nömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

Sistitin əlamətləri

Sistit sidik kisəsinin iltihabıdır.
Əlamətləri;
-Dizuriya- Sidik ifrazı zamanı yanma, qaşınma hissi. Yanma hissi sidik ifrazından sonra da davam edir.
-Pollakuriya- tez tez və az sidik ifrazı.
-Tez-tez sidik ifraz etmə hissi.
-Tam boşalmama hissi.
-Bulanıq, pis iyli sidik ifrazı.
-Disparoniya- Cinsi əlaqə zamanı ağrı hissinin olması.
-Hematuriya- sidikdə qan olması.
-Qasıq və göbək altı bölgədə ağrı.
-Temperatur.
-Tərləmə.
-Yorğunluq.
-Qusma və ürəkbulanma.
Uroloq xəstənin şikayətləri və testlərə əsaslanaraq diaqnoz qoyur. Bu testlər sidik analizi, sistoskopiya (xüsusi alətlə sidik axarı və sidik kisəsinin görüntülənməsi) və vena daxili pieloqram adlanan xüsusi bir retgen çəkilməsi. İltihaba səbəb olan bakteriyanı müəyyən etmək üçün sidiyin əkilməsi lazımdır.
Sistitlər, bakterial xəstəlik olduqları üçün antibiotiklərlə müalicə edilir. Müalicəyə başlamazdan əvvəl sidik analizi, əkilməsi və müvafiq antibiotik seçilməsi vacibdir. Xroniki sistitlərdə müalicə uzun müddətli ola bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır