Spiral haqqında bilmədikləriniz - Dr.Aynura Abdullayeva
09 İYUL
4122

Spiral haqqında bilmədikləriniz - Dr.Aynura Abdullayeva

İnstagram: Dr.Ginekoloq.Aynura

Əlaqə nömrəsi: 055 473 11 55

Bir çox qadınlar məhz bu kontrasepsiya (hamiləlikdən qorunma) üsulunu seçir.
Uşaqlıq daxili vasitənin (tibbdə "spiral" belə adlandırılır) bəzi üstünlükləri və zəif tərəfləri var ki, onlar haqqında hər bir qadının xəbəri olmalıdır.
- İlk növbədə "spiral" yalnız sağlam qadına qoyula bilər. Cinsiyyət sistemi iltihabları, infeksiyaları, uşaqlıq boynu eroziyası, uşaqlıq və uşaqlıq boynu xərçəngi, uşaqlıq boynu travmalar və patologiyaları və s. "spiral"ın qoyulması üçün əks-göstərişdir. Bu səbəbdən "spiral" qoyduqdan əvvəl qadın mütləq ginekoloqun müayinəsindən keçməlidir, lazım olduqda bəzi analizlər (infeksiyalar, sitoloji analiz) verməlidir.
- Uşaqlıq daxili "spiral" 100% hallarda hamiləlikdən qorumur. Statistikaya əsasən, "spiral"ı olan təxminən 1% qadınlarda hamiləlik baş tuta bilər. Bir çox hallarda bu uşaqlıqdan kənar hamiləlik olur (embrion uşaqlıq boşluğuna deyil, uşaqlıq borusunun divarına, qarın boşluğuna implantasiya edir). Lakin bəzən bu tam normal hamiləlik də ola bilər (məsələn, "spiral" yerini dəyişdikdə).
- Düzgün qoyulmuş "spiral" nə qadın, nə də bu qadınla cinsi əlaqədə olan kişi tərəfindən hiss olunmur. Uşaqlıq yolunda yad cisim hiss etdikdə, qadın mütləq ginekoloqa müraciət etməlidir. Bu "spiral"ın yerinin dəyişməsinin və ya düşməsinin əlaməti ola bilər.
- Təxminən 5-7% hallarda "spiral" düşə bilər. Adətən bu ilk 1-ci il ərzində və menstruasiya zamanı baş verir. Bəzi qadınlar "spiral"ın düşməsini hiss etmir.
- "Spiral" heç bir dərman preparatların qəbulu və tibbi manipulyasiyaların (müayinələr, əməliyyatlar) həyata keçirilməsi üçün əks-göstəriş deyil.
- Bəzən "spiral" menstruasiya müddətin uzanmasına və menstruasiya qanaxmaların çoxalmasına, menstruasiyalar arası qanaxmalara səbəb olur. Adətən bu ilk aylarda belə olur. Daha sonra vəziyyət düzəlir. Tərkibində hormonlar olan "spiral"lar bir neçə menstrual dövr ərzində menstruasiyaların yox olmasına səbəb ola bilər. Bu halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

Əlaqə nömrəsi: 055 473 11 55

İnstagram: Dr.Ginekoloq.Aynura

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır