ÜZ MİQRENİ nədir? - Əlamətləri və müalicəsi
10 İYUL
197

ÜZ MİQRENİ nədir? - Əlamətləri və müalicəsi

Miqrenin formalarından biri də üz nahiyədə olan ağrılardır.
Tibb.fins.az Medicina.az-a istinadən xəbər verir ki, bu zaman başdan çox üz, çənə, boyun, burun ətrafı, göz, alın nahiyə küt ağrıyır. Bu miqren növündən 30-50 yaş arası insanlar, daha çox da qadınlar əziyyət çəkir. Bu zaman ağrı daha çox çənə hissəni əhatə edir, yanaq, göz altı, alına doğru yayılır, pulsasiya edir, bəzən dözülməz həddə çatır, dərinləşir. Miqren tutması həftədə 1-2 dəfə təkralana bilir. Ən az 3-5 saat, ən çox 1-2 gün davam edir.
Səbəbləri çoxdur:
-Hava dəyişikliyi, rütubət
-Kofein tərkibli qidaların qəbulu
-Güclü işıq
-Konservantlarla zəngin qidalanma
-Hormonal dəyişikliklər
-Stress
-Ətir
-Yuxusuzluq
-İstirahətin olmaması
-Gərginlik.
Картинки по запросу face migren
Картинки по запросу face migren
Bu faktorları müşahidə edib, miqrenin konkret olaraq nədən sonra yarandığını tapsanız və o səbəbi aradan qaldırsanız, miqren sizdən əl çəkə bilər. Amma ağrı mütəmadi olursa və sizi narahat edirsə, o zaman mütləq həkimə müraciət olunmalıdır
Üz miqrenində çənə-üz və dişlərdə ağrı, iltihabi ocaq olub olmamasını da yoxlatmaq lazımdır. Dişdibi sinirlər, iltihab da üz miqreninə səbəb olur. Odur ki, ağız boşluğunda stomatoloji qüsurları olanlar bunları aradan qaldırsın. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır