Siqaret çəkmənin sonsuzluğa təsiri - Dr.Aynura Abdullayeva
13 İYUL
1377

Siqaret çəkmənin sonsuzluğa təsiri - Dr.Aynura Abdullayeva

Əlaqə mömrəsi: +994554731155

Sosial: Dr.ginekoloq.aynura

Siqaretlə əlaqədar yüzlərlə sağlamlıq məsələsində olduğu kimi uşaq sahibi olmaqda da rolu böyükdür. Bunlardan bəziləri:
- Fertilitə yəni doğurqanlığı 2-3 dəfə azaldır.
- Siqaret çəkən cütlüklərdə həm sonsuzluq (infertiliya) nisbəti daha yüksəkdir, həm də hamiləlik yaranana qədər olan müddət daha çoxdur.
- Sperm və yumurtanın birləşməsini (konsepsiyon) çətinləşdirir.
- Yumurtanın borulardan uterusa keçməsi çətinləşdirir.
- Ovulyasiya qabiliyyətini azaldır.
- Qadınlarda estrogen hormonu səviyyəsinin azaldır.
- Qadının yumurta hüceyrəsində (oosit) xromosomal xəstəlik riskini artırır.
- Uterusun ağızdakı mucusu hamiləlik üçün daha əlverişsiz edir.
- Uşaqlığın ağzından sperma keçməsini çətinləşdirir.
- Menopaozaya təxminən 2 il tez girilir.
- Düşük və uşaqlıqdan kənar hamiləlik riskini artırır.
- In vitro fertilizasiyanın (IVF) tətbiqi siqaret çəkənlərdə daha uğursuzdur və düşüyün yaranma riski artır.
-Hamiləlik zamanı siqaret dölün inkişafına təsir edir.Körpənin orqanlarının formalaşması zamanı patalogiyaların (onurğa beyni, baş beyin və s.) yaranmasına səbəb olur.
- Sperma sayının azalmasına səbəb olur. Daha az hərəkət və deformasiyaya səbəb olurlar.
- Kişi cinsiyyət üzvünü qidalandıran damarlarda problem yaradaraq ereksiya ilə əlaqədar problem yarada bilər.
Yuxarıda göstərilən təsirlər yalnız aktiv siqaret çəkənlər üçün deyil, həm də passiv siqaret çəkənlərə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır