Məşhur firma barəsində 4,7 milyardlıq şok təzminat qərarı - 22 qadın bundan xərçəngə tutulub
18 İYUL
314

Məşhur firma barəsində 4,7 milyardlıq şok təzminat qərarı - 22 qadın bundan xərçəngə tutulub

Tibbi və baxım məhsulları nəhəngi "Johnson & Johnson" 4,7 milyard məbləğində təzminat ödəməyə məhkum edilib. 
Tibb.fins.az xəbər verir ki, buna səbəb firmanın istehsal etdiyi talk pudrasının 22 qadında xərçəng yaratması olub.  
Təxminən 6 həftə davam edən məhkəmə prosesində qadınlar və ailələri firmanın talk pudrasından istifadə etməyə başladıqdan sonra yumurtalıq xərçənginə yoluxduqlarını bildiriblər. Qadınların vəkilləri şirkət rəhbərliyinin pudranın zərərlərindən xəbərdar olmasına rəğmən, buna qarşı hər hansı tədbir görmədiyini deyiblər. 
Onların sözlərinə görə, 1970-ci ildən bu yana sözügedən məhsullara asbest adlı maddə qarışıb, lakin firma istehlakçılara bununla bağlı hər hansı xəbərdarlıq etməyib. 
Şirkət iddiaları rədd edib. 
ABŞ-ın Missouri ştatında baş tutan məhkəmədə hakim əvvəlcə firma barəsində 550 milyon dollar təzminat ödəmə qərarı çıxarıb. Daha sonra isə 4,7 milyard dollarlıq təzminat qərarı verib. 
Məlumat üçün bildirək ki, "Johnson & Johnson”a talk pudrasına görə 9 mindən çox dava açılıb.  
Şirkət məhkəmənin qərarını "böyük bir xəyal qırıqlığı” adlandırıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır