Döş xərçənginin riskini azaltmaq üçün... Qadınlar üçün vacib məlumat
19 İYUL
175

Döş xərçənginin riskini azaltmaq üçün... Qadınlar üçün vacib məlumat

Alimlər çoxdan sübut ediblər ki, artıq çəki bir çox xərçəng növlərinin, o cümlədən süd vəzi xərçənginin riskini artırır.

ABŞ alimlərinin son araşdırması göstərib ki, bədən çəkisinin azalması bu riski xeyli azaldır.

Tibb.fins.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər 11 il ərzində yaşı 50-dən 79 qədər olan 61000 qadına nəzarət etdikdən sonra bu nəticəyə gəldilər.

Məlum olub ki, bədən çəkisinin 5% azalması döş xərçənginin riskini 12%, 15% azalması ilə 37% azaldır.

Artıq çəki həmçinin şəkərli diabet, ürək-damar sistemi xəstəliklərinin əsas səbəblərindən biri sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır