Menstruasiyalar arası qanaxmalar - Dr.Ginekoloq Aynura
25 İYUL
1029

Menstruasiyalar arası qanaxmalar - Dr.Ginekoloq Aynura

Əlaqə mömrəsi: +994554731155

Sosial: Dr.ginekoloq.aynura

Bir menstruasiyadan növbəti menstrusiyaya kimi olan dövr "menstrual dövr" adlandırılır.
Menstrual qanaxma normada 3-7 gün təşkil edir. Menstruasiya al qırmızı qanın ifraz olunması ilə başlayır, daha sonra qan tədricən tündləşir. Normada bu belə olmalıdır. Qadında menstrual dövrünün normadan qısa və ya uzun olması, menstrual qanaxmanın müddətinin normadan uzun və ya qısa olması, menstrual dövrünün qeyri-müntəzəm olması hər hansı xəstəliyin və ya patologiyanın əlaməti ola bilər.
Menstrual dövr "səbəbsiz olaraq" uzanıb və ya qısalıbsa, menstrual qanaxma azalıb və ya çoxalıbsa, qadın mütləq ginekoloqa müraciət etməlidir.
Qadında menstruasiyadan kənar cinsiyyət orqanlarından qanlı ifrazatların olması əksər hallarda patoloji hal sayılır. Bu halda qadın dərhal ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir. Belə qanlı ifrazatlar hər hansı, bəzən çox təhlükəli xəstəliklərin və pozulmaların əlaməti ola bilər.
Bu xəstəliklərin və pozulmaların arasında:
- Endometriumun hiperplaziyası və endometriumun polipləri. Bu pozulmalar zamanı menstrual qanaxmalar çox intensiv və ağrılı olur, menstruasiyalar arası qadında cinsiyyət yollarından qanlı ifrazatlar müşahidə olunur.
- Uşaqlıq mioması. Menstruasiyalar intensiv olur, onların müddəti uzanır, menstruasiyalar qarının aşağısında və beldə tutmaşəkilli ağrılarla müşayiət olunur.
- Endometrioz. Menstruasiyadan sonra və əvvəl bir neçə gün ərzində qanlı ifrazatlar olur, menstruasiyalar ağrılı olur, ifraz olunan qanda laxtalar olur.
- Polikistoz yumurtalıqlar sindromu. Bu pozulma zamanı qadında qanaxmalar müşahidə olunur, menstruasiyalar qeyri-müntəzəm olur.
- Uşaqlıq boynu və endometriumun xərçəngi. Menstruasiyalar arası qadında müxtəlif intensivlikdə olan qanaxmalar müşahidə olunur. Qanaxma cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.
- Uşaqlıq boynu eroziyası. Adətən bu pozulma özünü heç bir əlamətlə büruzə vermir. Lakin pozulmanın ağır formalarında qanaxma cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.
- Endometrit. Uşaqlığın daxili qatının iltihabı zamanı menstruasiyanın müddəti uzanır, menstruasiyalar arası qanlı ifrazatlar ola bilər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır