Asqırarkən bu hərəkəti QƏTİYYƏN etməyin - Ağciyər partlaması, beyin qanaması...
30 İYUL
194

Asqırarkən bu hərəkəti QƏTİYYƏN etməyin - Ağciyər partlaması, beyin qanaması...

Asqırmaq istəyərkən ağız və burnu tutmaq orqanizmdə ciddi fəsadlar törədir. 
Tibb.fins.az xəbər verir ki, bu barədə türkiyəli qulaq, burun və boğaz xəstəlikləri uzmanı Səlma Uluqaya məlumat verib. O bildirib ki, bu hərəkəti etmək bədəndaxili təzyiqi artırır. 
Asqırmaq nəfəs yolunun qıcıqlanması, allergik səbəblərlə burun içərisindəki tüklərin həssaslığının artmasına orqanizmin refleks göstərməsi ilə ağciyərlərdəki havanın çölə çıxarılmasıdır.  
 
Mütəxəssisin sözlərinə görə, asqırmaq sağlamlıq baxımından çox lazımlı refleksdir. 
Bu refleksin qarşısının alınmasının yanlış olduğunu deyən Uluqaya bunun nələrə səbəb ola biləcəyini də açıqlayıb: "Asqırarkən ağız, ya da burnun tutulması qulaq pərdəsinin partlamasına səbəb ola bilər. Hətta yüksək təzyiq səbəbiylə onurğada disk sürüşməsi də baş verə bilər. Güclü asqırma qabırğaların qırılması, iç orqanlarda problem, hətta şüurun itirilməsinə belə yol açır. Buna görə də asqırarkən qətiyyən ağzı və burnu tutmaq olmaz”. 
 
Həkim qeyd edib ki, ağciyərlərdəki ölü hava yalnız asqırdıqda çölə çıxır. Onu əngəllədikdə gözyaşı kanalları, beyin damarları, hətta ağciyərlər partlaya bilər.  
Ən dəhşətlisi isə bu hərəkətin beyin qanamasına yol açmasıdır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır