Kürək yağlarını əridən 7 hərəkət
30 İYUL
198

Kürək yağlarını əridən 7 hərəkət

Əsasən güzgüdə özümüzə baxdıqda daha çox görünən hissə ilə maraqlanırıq. Kürək hissəmiz isə diqqətdən kənar qalır. Amma kürək hissəsindəki yağları özünə dərd edən, büstqalterin bağlarından kənara çıxan yağları əritməyi qarşısına məqsəd qoyan xanımlar da var. Kürəkdəki yağları əritmək, kürək əzələlərini möhkəmlətmək təkcə estetik cəhətdən deyil, həm də, düz dayanmağınız üçün də çox vacibdir. Bunun üçün də hər gün 10 dəqiqə kürək əzələlərini möhkəmlətməyə, yağları əritməyə yönəlik idman hərəkətləri etsəniz, qısa zaman içində yaxşı nəticə əldə edəcəksiniz. 

Barfiks
Kürək müxtəlif əzələlərdən ibarətdir. Bu əzələləri isə barfiks işlək hala gətirir. Barfiks bir növ turnik çəkmə hərəkətidir. Amma barfikslə əzələləri işlətmək bir az çətindir. Buna görə də xanımların çoxu barfikslə məşğul olmur. Normal barfiks hərəkəti əllərimizlə dirəkdən yapşırıq, amma ovuc çölə dönük şəkildə edilir. Ovuclar çölə dönük şəkildə olduqda barfiks çəkmək daha asandır. Lakin bu sizin üstü qol əzələlərinizi daha da gücə sala bilər. 



Tək qolla ağırlıq qaldırma
Dizlərinizin birini alətin üzərinə qoyun, evdəsinizsə ağırlıq qaldıra biləcək bir stul və ya kreslonun üzərinə qoyun. Dayandığınız dizinizin tərəfindəki qol ağırlıq qaldırarkən, digər əlinizi alətin üzərini tam şəkildə qoyun. Dirsəyinizdən güc alaraq ağırlığı yuxarı çəkib, endirin. Bu hərəkəti hər əl və dizinizlə 12 dəfə təkrarlayın. 


Üst bədən məşqi
Hər iki əlinizə 1.5-2 kq-lıq ağırlıq alıb əlləriniz jim formasında dayanın, arxanız isə bir qabarıq olsun. Sıra ilə bir qolunuzu qaldırıb, digərini qoyaraq bu hərəkəti təkrar edin. 


Jim
Əsas məşq hərəkətlərindən olan jim yaxşı sinə işlədən, eyni zamanda da kürək əzələləriniz üçün olduqca təsirlidir. Əlləriniz çiyin bəbarərində açıq olacaq formada standart jim pozisiyasını alın. Yavaşca özünüzü itələyirmiş kimi edin, 3 saniyə gözlədikdən sonra yuxarı qalxın. 


İp atlamaq
İp atlayarkən təkcə çiyinlərinizin işlədiyini deyil, həm də kürək əzələlərinizin də işlədiyini hiss edəcəksiniz. Eyni zamanda ip atlamaq yağları əritməkdə ən universal kardio hərəkətidir. 


Kondisyon velosiped
Əksəriyyətimiz bilməsək də velosipedkürək yağlarını ən yağşı əridən alətdir. 5 dəqiqə qabağa, 5 dəqiqə arxaya doğru pedal çəkmək kürək yağlarının əriməsinə yaxşı təsir edir. 


Kondisyon kürək
Kürək son zamanlarda çox məşhurdur. Bunun səbəbi isə kürək əzələlərini yaxşı işlətməsidir. Çünki onunla məşq etmək birbaşa məhz kürək əzələlərinin işləməsi ilə əlaqədardır.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır