Halsızsız, yorulursuz, qanınız aşağıdır, saçlarınız tökülür, əsəbisiz, depressiyadasız ? – Sizdə Fol turşusu defisiti var, yoxlanın
02 AVQUST
469

Halsızsız, yorulursuz, qanınız aşağıdır, saçlarınız tökülür, əsəbisiz, depressiyadasız ? – Sizdə Fol turşusu defisiti var, yoxlanın

Fol turşusu – vitamin B9 təkcə hamiləlikdən öncə və hamiləlik zamanı qadınlara təyin olunmur. O bizim hər birimizə vacib olan vitamindir və çatışmazlığı dəhşətli fəsadlar yarada bilər.
Medicina. az xəbər verir ki, 1941-ci ildə qaraciyərdən və ispanaq yarpaqlarından ayrılıb əldə olunan fol turşusu daha çox dölün normal inkişafı və hamilələri qan azlığından qorumaq üçün hamilələrə təyin olunurdu. 
Vitamin B9 orqanizmdə çox həyati vacib kimyəvi-bioloji reaksiyalarda iştirak edir: 
-B12 ilə birgə o qan yaranması, qırmızı qan hissəciklərinin yaranması və dövranında iştirak edir. 
-Baş və onurğa beyin  işinin, sinir sistemi üçün vacibdir. Çünki fol turşusu onurğa beyin mayesinin bir hissəsidir.
-Neukleon turşularının sintezində iştirak edir, hansı ki, onlar genetik informasiyanı ötürür, zülal yaranmasında lazımlıdır.
-Mədə şirəsinin normal ifrazını təmin edir
-Serotoninin və neyroadrenalinin sintezində vacibdir, bu da psixoemosional durumumuzu təyin edir
-Hüceyrə nüvəsinin yaranması üçün tikinti materialı rolundadır.
İnsan sutka ərzində 1-2 qr dol turşusu dozası almalıdır. Müalicə üçünsə sutkada 10-20 mq fol turşusu təyin olunur.
Orqanizmdə fol turşusu çatışmazlığımı necə bilmək olar. Əlamətləri:
-Dəridə avazıma, ağarma, periferik toxuma və orqanlara qan və oksigenin normal çatmaması səbəbindən hemoqlobinin aşağı düşməsi, halsızlıq, zəiflik
-Saçların tökülməsi, zəifliyi, dırnaqların qırılması
-İştahanın olmaması
-Mədədə aşağı dərəcəli turşuluq
-Qida intoksikasiyaları, həzmin yaxşı getməməsi
-Yuxu pozulması, depressiya, apatiya, yorğunluq, pis əhval-ruhiyyə
-Nevritlər, sinir mənşəli ağrılar, iltihab
-Meqoblast anemiya – qanazlığı
-Hamiləlikdə çoxsaylı problemlər, düşüklər, dölün inkişafdan qalması
-Hər iki tərəfdə sonsuzluq
-Yaddaşın pozulması
-
 
Fol turşusu defisitini necə aradan qaldırmalı?
Normal halda bu turşu orqanizmə qida yeməklə daxil olmalıdır. Qidanızda ət, ciyər, balıq, yumurta olmasına nəzarət edin.
Hər gün ispanaq, yaşıl salat, ərik, şüyüd-cəfəri, pomidor, kəsmik, pendir, qatıq, yaşıl tərəvəz və meyvələrdən heç olmasa birini yeyin.
Uşaq və yeniyetmələr, qanazlığı olanlar, hamilələrdə fol turşusuna tələbat ikiqat olur. Ona görə onlar bu qidaları daha çox qəbul etməlidirlər.
Əgər qida ilə fol turşusunu ödəyə bilmirsizsə, həkim məsləhəti ilə sintetik Fol turşusu qəbul etməyə başlayın. Sintetik analoq təbii turşudan da yaxşıdır və yaxşı mənimsənilir. 
Diqqət: Orqanizmdə fol turşusu olub-olmamasını və fol turşusunun bağırsaqlar tərəfindən sovrulub-sovrulmamasını qan analizi və qastroenteroloq müayinəsi ilə təyin edə bilərsiz.
Qanda Vitamin 9 və digər vitamin və mikroelementlərin çatışmazlığını dəqiq yoxlamaq və müalicə üçün Bioloji təbabət klinikasının ən son müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasına müraciət edə bilərsiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır