Tərə qarşı deodorantların belə kömək etmədiyi insanların dərdi - Aşırı tərləmənin səbəbləri
08 AVQUST
168

Tərə qarşı deodorantların belə kömək etmədiyi insanların dərdi - Aşırı tərləmənin səbəbləri

İnsanın tərləməsi, xüsusən yay aylarında daha çox tərləməsi normaldır. Təbii reflector reaksiya olan tərləmə daxili temperatur rejimini balanslaşdırır. Lakin elə adam var ki, yay-qış tər içindədir, xüsusən ayaqları, qolaltı sanki su istehsal edir. Ən yaxşı antipersperantlar belə kömək etmir.
Tibb.fins.az aşırı tərləməyə səbəb olan xəstəlikləri təqdim edir: 
 
Əgər tərləmə qarışısıalınmaz, daimi və fəsildən asılı olmadan çoxdursa, o zaman orqnanizmdə patoloji dəyişikliklərin siqnalı ola bilər.
İnsanın tərləməsinə cavabdeh xüsusi vəzilərdir. Tərin tərkibində duzlar, ammiak, sidik turşusu və bir sıra maddələr var. Ona görə aşırı və pis qoxulu tərləmənin səbəblərini bu problemlərdə axtarmaq olar, təbii ki, həkimlə birgə:
-Hormonal pozğunluqlar –bu səbəbdən yaranan şəkərli diabet, zob, hipertireoz. 
-Artıq çəki – daha çox yeniyetmələrdə, qadınlarda
-Psixoloji-nevroloji problemlər – periferik sinirlərin və damarların zədələnməsi, psixi yüklənmə, nevroz
-İnfeksion xəstəliklər – iltihabi proseslər, vərəm, pnevmoniya, sepsis
-Ürək və qan- damar xəstəlikləri
-Onkoloji xəstəliklər
-Adandangəlmə termotənzimləyici sistemin pozuntuları
-Genetik səbəblər
-Bəzi zəhərlənmələr, toksinlər
Əgər insan emosional durumda tərləyirsə, bu qana çox miqdarda adrenalinin sıçraması ilə bağlıdır.
Əslində orqanizmin  temperatur tənzimləyici reseptorları dəri qatında yerləşi və siqnal baş beyindən gəlir
Çox tərləmənin əlamətləri:
-Bədən özü soyuqdur, amma nəmdir.
-Daha çox alın, qolaltı, dabanlar, ovuclar tərləyir
- Aşırı tərləyənlərin tər qoxusu elə də kəskin olmur
-Kimyəvi maddələrlə çox işləyən insanların tərinin rəngi dəyişə bilər
-Tərləmə müəyyən səbəbdən sonra artır: kütlə arasında, və ya əsəbləşəndə, işdə iclasda və s.
Əgər insan özünü müşahidə edib, tərləmə səbəblərini aradan qaldırmaqla belə tərləmənin qarşısını ala bilmirsə, o zaman həkimə getmək zamanıdır.
Ayaqlarda qoxulu tərləmə
Dabanlarda daha çox tər vəzləri yerləşir, üstəlik ayaqlar corab və ayaqqabıda daha çox qalır. Keyfiyyətsiz və dar ayaqqabı, süni materialdan corablar, həddən artıq çox ayaqlara təzyiq tərləməni artırır. Əgər ayaqqabı, corab dəyişməklə məsələ düzəlmirsə, dermatoloqa müraciət edin. Çünki çox tərləyən ayaqların dərisində çatlar, qabarcıqlar, ziyillər yaranır, orda infeksiya və göbələk üçün münbit şərait meydana gəlir.
Gecələr tərləmə
Bu tərləmə xüsusilə təhlükəlidir. Çünki insan yatanda əsəb, sinir, stress, qida və s kimi amillərdən tərləmə olmur. Burda daha dərin səbəblər var:
-Vərəm – arıqlamaqla da müşahidə olunur
-Limfoqranulematoz – limfa düyünlərinin onkoloji xəstəliyi
-QİÇS
-Qalxanvari vəzin xəstəlikləri
Gecələr tərləmə varsa, yubanmadan müayinələrdən keçin.
Türkiyədə aşırı tərləyənlər üçün maraqlı çözüm
LİV Hospitalda döş qəfəsi cərrahı Cəlaləddin Kocatürk çox tərləyənləri bir əməliyyatla kompleksdən xilas etdiyini bildirir:
 
 
"Bu əməliyyat köksdən laporoskopik daxil olaraq tərləməyə səbəb olan sinirə klips qoymaqdan ibarətdir. Daha çox üz, əllər, qolaltı tərləməsi olanlara bu məsləhətdir. Təkcə hormonal və qalxanabənzər vəzin şişi zamanı tərləyənlərə bu əməliyyat olunmur. Həyəcandan, həmin sinirin həddən artıq aktivliyindən tərləyənlər üçünsə uyğundur. Bu adamlar yatanda, yuxudaykən belə tərləmirlər. 
Bu sinirlər döş qəfəsində onurğa tərəfdə yerləşir. Bir neçə sinir var ki, bölgəsəl olaraq tərləməyə səbəb olur. Həmin sinirlərin səviyyəsinə uyğun tapıb klips yerləşdiririk”.
Əgər Azərbaycanda da üz, əllərin içi və qoltuqaltı aşırı dərəcədə tərləyib qarşısını ala bilməyən pasiyentlər varsa, bu kiçik əməliyyatla xilas ola bilərlər.
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır