Gündə 1 aspirin içsəniz...
06 SENTYABR 2018
413

Gündə 1 aspirin içsəniz...

Gündə 1 aspirinin kişilərin cinsi həyatına inanılmaz fayda verdiyi ortaya çıxıb.

Türkiyədə aparılan bir araşdırmaya əsasən aspirin sərtləşmə pozuqluğunu (erektil disfunksiya) müalicə edə bilər. Belə ki, 6 həftə boyunca gündə sadəcə 100 mq kişilərdə qan dövranı problemlərini aradan qaldırır.

Çalışma üçün bir araya gətirilən yaşları təxminən 48 olan 184 kişinin 70 faizi ereksiya problemi yaşayırlar. 6 həftəlik müalicə boyu 120 kişi aspirin istifadə edir. Və sonda onlardan aşağıdaki suallar soruşulur:

1. Partnyorunuzla cinsi əlaqəniz vardı?

 2. Müvəffəqiyyətli bir cinsi əlaqə üçün ereksiyanız kifayət qədər uzun çəkir?

6 həftə ərzində hər gün aspirin istifadə edən kişilərin 88.3 faizi ilk suala, 78,3 faizi isə 2-ci suala "bəli" cavabını verib.

Qeyd edək ki, bu, qanın yaxşı dövran etməməsi nəticəsində kişilərdə sərtləşmə problemlərinin yaranması ilə əlaqədar ilk araşdırmadır.

Milli.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır