Gözləri tamamilə əvəz edəcək implantat hazırlanır
07 SENTYABR
1193

Gözləri tamamilə əvəz edəcək implantat hazırlanır

ABŞ-ın Minnesota Universitetinin alimləri ilk dəfə olaraq, gözün üçölçülü strukturunun əldə edilməsinə nail olublar.

Tibb.fins.az trend-ə istinadən xəbər verir ki, struktur torlu qişanın işini təqlid edir və implantatla birlikdə işləyir - beyinə təsvir haqqında siqnalları ötürən torlu qişa hüceyrələri üçün görülən təsvir elektrik impulslarına çevrilir.

Qeyd olunur ki, alimlər yarımkürə əsasla işləməyə başlayıblar. Onu üçölçülü printerdən istifadə edərək, tərkibində gümüş zərrəcikləri olan mürəkkəblərlə örtüblər. Onların üzərində yarımkeçirici polimer materiallardan yaradılmış və işığı elektrikə çevirən fotodiodlar yerləşdirilib. Bu metoddan istifadə etdikdə bütün strukturun çap olunması prosesinə təxminən 1 saat sərf olunur.

 Gələcəkdə alimlər ötürülən informasiyanın keyfiyyətini yüksəltmək üçün işıq reseptorlarının sayını artırmağı planlaşdırırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır