Qadınlarda stress səbəbli sidiyi saxlaya bilməmək - Doktor Aygün Səlimova
20 AVQUST
2827

Qadınlarda stress səbəbli sidiyi saxlaya bilməmək - Doktor Aygün Səlimova

Qadınlarda stress səbəbli sidiyi saxlaya bilməmək tez-tez rast gəlıən uroloji problemlərdəndir. Sosioloji sorğular qadınların 40%-də bu problemin olduğunu təsdiq edir. Bu proses letal xarakter daşıyır, amma, xəstələrin həyat şəraitinin keyfiyyətini aşağı salır. Hətta, bəzən bu səbəbə görə evindən bayıra çıxmayan qadınlara da rast gəlmək mümkün olur.
Stress səbəbli sidik saxlaya bilməmək öskürəndə, güləndə, asqıranda, fiziki yük qaldıran zaman özünü daha çox göstərir. Bunun səbəbi isə həmin hadisələr zamanı daxili təziyin artmasıdır. Diskomfort qadınların bəzən utandıqlarından həkimə müraciət etməmələrinə səbəb olur ki, bu da xəstəliyin əlamətlərini daha da artırır. Sidiyi saxlaya bilməmək problemi yaşayan hər 10 qadından biri həkimə müraciət edir.
Stress səbəbli sidiyi saxlaya bilməmək əsasən 35-50 yaş arası qadınlarda özünü göstərir. Bu özünü ən çox inkon tinensin(qəfil sidik ifrazı) şəklində göstərir və əsasən doğan qadınlarda baş verir. Problemin meydana çıxmasına ağır, patoloji doğuşlar səbəb olur. Bu cür doğuşlar zamanı kiçik çanaq əzələləri və sidik-cinsi diafraqmanın əzələləri öz tonusunu itirir. Sidiyi saxlaya bilməmək bəzən ginekoloji əməliyyatlardan, uzun müddər ağır fiziki iş görməkdən və klimakteriya zamanı estrogen çatışmazlığından da baş verə bilir.
Siudiyi saxlaya bilməmək konservativ və operativ yolla müalicə olunur.
Müalicədən əvvəl xəstə müayinələrdən keçməlidir. Bu müayinələrə USM daxil olmaqla kompleks müayinələr, fibrosistoskopiya(yumşaq sistoskopla müayinə) daxildir.
Müasir tibbdə stress səbəbi sidik saxlaya bilməməyi konservativ yollarla müalicə etmək mümkündür. Problemi aradan qaldırmaq üçün bioloji vasitələrlə yanaşı fizioloji üsullarda da istifadə olunur.Bunu kiçik çanaq əzələlərini məşq etdirərək əldə eləmək mümkündür. Belə ki, düz bağırsaqdan, uşaqlıqdan və uretradan xüsusi ötürücü yeridərək kiçik çanağın əzələləri elektriklə stimulyasiya edilir. 
Konservativ müalicənin effekti olmadığı zaman isə xəstə cərrahi vasitələrlə müalicə edilir. Operativ müalicə vasitələrindən ən geniş yayılmışı slinq əməliyyatıdır. Bu ən faydalı və zərərsiz üsulla müalcə metodudur. 
Əməliyyat zamanı slinq uretraya yerləşdirilir və o sidiyin sidik kisəsində saxlanılmasını təmin edir. Slinq sintenik, orqanimə heç bir zərəri olmayan bir mexanizmdir. 
Əməliyyat tətbiq olunduqdan 1 gün sonra xəstə evinə buraxılır. Bu zaman xəstə aktiv həyatına qayıdır, amma, ona bir ay müddətinə cinsi əlaqədə olmamaq tövsiyə edilir.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır