Xərçəng diaqnostikasında itlər ən yaxşı vasitə ola bilər
19 SENTYABR
651

Xərçəng diaqnostikasında itlər ən yaxşı vasitə ola bilər

Yeni məlumatlara görə, itlər iyləmək qabiliyyətləri sayəsində xərçəng diaqnozu qoya bilərlər.

Tibb.fins.az xəbər verir ki, bu maraqlı tapıntını Maykl McCulloch öz itinin sayəsində kəşf edib. Belə ki, onun iti yumurtalıq xərçənginin diaqnozunu qoxu vasitəsilə müəyyən edib.

Elmi araşdırmalar mərkəzində aparılan tədqiqatlar nəticəsində bunun mümkün ola biləcəyi ortaya çıxıb. Bu üsulla yalnız yumurtalıq xərçəngini yox, digər növləri də müəyyən etmək olar. Nümunə olaraq, ağciyər xərçəngində bu diaqnoz daha rahat qoyulur. Bunun səbəbi isə, çox sadədir. İnsan nəfəs alarkən oksigeni udur, nəfəs verərkən isə karbon qazı buraxır. Xaric olan karbon qazının tərkibində həmçinin başqa növ qazlar da olur. Ağciyər xərçəngində isə, bu qazların tərkibinə xərçəng hüceyrələri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır