Köklüyə təsir edən 2 hormon
21 SENTYABR 2018
557

Köklüyə təsir edən 2 hormon

Dünyanın ən əhəmiyyətli sağlamlıq problemlərindən biri olan kökəlmək ilə əlaqədar edilən son bir araşdırma kökəlmənin həqiqətən başda ola biləcəyini göstərdi. Belə ki, alimlər çəki artımına təsirli olan iki hormonun əhəmiyyətini kəşf etdi. ABŞ-dakı Miçiqan Universitetində edilən araşdırmaya görə bəzi insanların beyni iştahı idarə edən hormonlara cavab vermir.

Fins.az milli.az-a istinadən xəbər veri ki, bu iki əhəmiyyətli hormondan biri Grehlin hormonudur. Bu hormon maddələr mübadiləsini yavaşıdır və bədənin yağ yandırma qabiliyyətini azaldır. İkinci və mütəxəssislərin daha çox üstündə dayandığı hormon isə Leptin hormonudur. Bədən ağırlığını nəzarət etmədə açar rolu oynayan leptin hormonu, beyinə davamlı aclıq siqnalı getməsinə təsir edən və daha çox kalori yandırılmasını təmin edən hormondur.

Daha əvvəlki araşdırmalarda Leptin hormonu ifrazı insanların kilolarıyla əlaqədar daha çox problem yaşadığı ortaya çıxarmışdı. İndi elm adamları Leptin hormonu beyinə çatana qədər təsirli olan iki ayaqlı bir qəbuledici kəşf etdilər.

Mütəxəssislərə görə həddindən artıq kilolu insanlarda bu qəbuledicilər əskikliyi müzakirə mövzusu ola bilər. Bu görüşlər köklük və hormonlarla əlaqəli xəstəliklərin müalicəsində, əhəmiyyətli ölçüdə yol göstərici ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır