Kilo almağımıza təsir edən qidalar - Fərid Rəfiyevdən tövsiyələr
22 SENTYABR 2018
1461

Kilo almağımıza təsir edən qidalar - Fərid Rəfiyevdən tövsiyələr

Hər bir müraciət edən şəxs, ilk növbədə müəyyən müayinələrdən keçirilir, çəki artımının səbəbi araşdırılır.
Bildiyimiz kimi çəkinin artmasına həm endokrin dəyişikliklər, həm də alimentary, qidalar səbəb ola bilər. Ona görə də səbəb müəyyən müayinələr ilə aydınlaşdırılır, səbəb öyrənilir və daha sonra ona hansı üsul ilə kömək edəcəyimizə qərar veririk. 

Doğrudur, bəzən Passientlər az qidalanmasına baxmayaraq, artıq çəki yığmasından şikayət edir. Əslində isə bunun arxasında çox ciddi kalori balansının pozulması dayanır. Yəni, gün ərzində heç nə yeməsək belə, bir şokalad yemək, yaxud hər hansı bir sərinləşdirici, şirin içki insan orqanizmində kalori artımını təmin edir. 


Bu kimi passientlərə müxtəlif üsullar təklif edilir və bizim müalicə şərtlərimizə əməl etdikləri təqdirdə ona kömək edə bilirik. Lakin, müalicədən həmən sonra, spirtli içki qəbulu, müəyyən kalorili yeməklərə davam etdikdə, yenidən həmin çəki təkrar geri qayıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır