Endometrioz, simptomları
09 OKTYABR
1545

Endometrioz, simptomları

Endometrioz uşaqlıq boşluğuna xas endometrial toxumanın uşaqlıqdan kənar orqan və toxumalarda rast gəlməsinə deyilir. Endometrial toxumanın bu cür ektopik implantasiyası adətən çanaqda rast gəlinir, lakin insan bədənin istənilən yerində də müşahidə edilə bilər.
Endometrioz geniş yayılmış, xoşxassəli, xronik və estrogendən asılı xəstəlikdir. 
Ağrı endometriozun ən çox müşahidə edilən simptomudur. Simptomatik xəstələrin təxminən 3/4 hissəsində çanaqda ağrı və/və ya dismenorreya (ağrılı aybaşılar) müəyyən edilir. Endometriozu olan xəstələrdə aşağıdakı simptomlar müəyyən oluna bilər:
-Xroniki çanaq daxili ağrı.
-Dismenorreya (ağrılı aybaşılar).
-Dərin disparinoye (cinsi əlaqə zamanı ağrı).
-Bağırsaq və ya sidik kisəsi ilə bağlı tsiklik (yəni aybaşı ilə təkrarlanan) simptomlar (məs., disxeziya və ya bağırsaqların boşaldılmasında çətinlik, köp, qəbizlik, rektal qanaxma, ishal, hematuriya).
-Qeyri-normal menstrual qanaxma.
-Xroniki yorğunluq.
-Aşağı bel ağrısı.
-Sonsuzluq
Ektopik endometrial toxumanın lokalizasiyası və implantasiya dərinliyi sadalanmış simptomların əmələ gəlməsi və onların ağırlıq dərəcəsi ilə əlaqələndirilir. Məs., ağır disparinoye (cinsi əlaqə zamanı ağrı) və bağırsaqların boşaldılmasında ağrı hissi (defekasiya zamanı ağrı) adətən posterior dərin infiltrasiya edən xəstəlikdən xəbər verir.
Sidik kisəsinin endometriozu isə asimptomatik də ola bilər və ya menstruasiya zamanı sidiyə getmənin tezləşməsi, sidiyə getmə zamanı ağrı və ya sidik kisəsinin tenezmləri (sidik kisəsi dolu olmamasına baxmayaraq onun qıcıqlanması nəticəsində təkrar yığılması) ilə müşaiyət olunur.
Endometrioz nəticəsində sonsuzluğun inkişafı bir sıra səbəblərlə əlaqəlidir. Belə ki, endometrioz nəticəsində çanaq daxilində adgeziyalar və endometriomaların əmələ gəlməsi səbəbindən qadın çanağının anatomik quruluşunun pozulması baş verir və ya bəzi maddələrin sekresiyası səbəbindən yumurtalıqların normal funksiyasına, ovulyasiyaya, fertilliyə və yumurtanın uşaqlıq divarına implantasiyasına maneə törədilir.

 ƏLAQƏ: 055 473 11 55

m.me/dr.aynuraabdullayeva

Haqqında

Bütün növ ginekoloji xəstəliklər: Amenoreya,uşagligin mioması,

uşaqlıq boynunun xəstəlikləri,

endometrianın polipi,sonsuzluq, hamiləliyin təqibi və s.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır