Hamiləliyin 1-ci trimestri
10 OKTYABR
463

Hamiləliyin 1-ci trimestri

Hamiləliyin bütün dövrü 3 trimestrə bölünür. 1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı həftəsində başa çatır.

1-ci trimestr. Mayalanmanın 7-ci günü (1-ci həftə) mayalanmış yumurta hüceyrəsi öz xovları vasitəsi ilə uşaqlığın selikli qişasına birləşir. Yumurta hüceyrənin uşaqlığın selikli qişasına birləşdiyi yerdə ciftin (plasentanın) əmələ gəlməsi prosesi başlayır. Hamiləliyin 5-ci həftəsindən etibarən ultrasəs müayinəsi zamanı dölün ürək döyünməsi aşkar edilir. 9-cu həftədə dölün bədəni, başı formalaşır, ətrafların, gözlərin, burun və ağızın rüşeymləri əmələ gəlir. Döl kisəsində yerləşən dölün ətrafı dölyanı su ilə əhatə olunur. Hamiləliyin bu dövrü üçün tipik əlamət – tez baş verən yorğunluqdur. Bu hal adətən hamiləliyin 14-20-ci həftəsində yox olur. Bu vəziyyətdən ən sadə çıxış yolu sadəcə olaraq çox yatmaqdır.

Hamilə qadınlarda progesteronun artmasının digər nəticəsi tez-tez baş verən yüngül dərəcəli bayılmalar və qəbizlikdir. Qəbizliyin profilaktikası üçün qida rasionunuza çoxlu maye (gün ərzində 8 stəkan), meyvə-tərəvəz daxil etməli, yağlı, qızardılmış qidalardan isə imtina etməlisiniz. Gavalı şirəsi içmək, qara qavalı, əncir, ərik qurusu, kişmiş, bişmiş çuğundur salatı yemək, gəzinti, yüngül idman hərəkətləri qəbizlik vaxti çox kömək edir.
Qadınları bu dövrdə göbələk infeksiyaları və böyüməkdə olan uşaqlığın oturaq sinirinə təzyiqi nəticəsində omba nahiyyəsində əmələ gələn ağrılar da narahat edə bilər.

Hamiləliyin başlanğıcında çox hallarda qadınları ürəkbulanma və qusma narahat edir. İlk 3 ayda səhərlər ürək bulanmadan 60-80% qadınlar əziyyət çəkir. Yadda saxlamaq lazımdır ki, adətən səhərlər başlanan belə ürəkbulanmaları bir çox hallarda hamiləliyin ilk həftəsində sutkada 24 saat davam edə bilər. Şirə içməklə, turşməzə meyvələr yeməklə bunun qarşısını ala bilərsiniz. Ürəkbulanma dözülməzdirsə, həkimə müraciət edin. Onun yazdığı xüsusi müalicə kursu ürəkbulanmanın aradan qaldırılmasında sizə kömək etmiş olar.

Müəllif:Dr. AynurəAbdullayeva

m.me/dr.aynuraabdullayeva

https://www.facebook.com/dr.aynuraabdullayeva

Əlaqənömrəsi: ƏLAQƏ: 055 473 11 55

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır