İnsan ölümünün əsas səbəbi açıqlanıb FAKT
25 SENTYABR 2018
523

İnsan ölümünün əsas səbəbi açıqlanıb FAKT

Spirtli içki qəbuluna görə hər il dünyada 3 milyon insan həlak olur. Bu rəqəmlər QİÇS, zorakılıq, yol qəza hadisələrindən qat-qat artıqdır.

Tibb.fins.az verdiyi xəbərə görə, bu barədə Dünya Sağlamlıq Təşkilatı (ÜST) açıqlayıb.

Ekspertlərin fikrincə, ölənlərin 20-sindən birinin səbəbi məhz spirtli içkidir. Spirtli içki qəbulunun intihar, zorakılığa gətirib çıxardığını, eləcə də ürək-damar, xərçəng, qaraciyər serozu və xərçəng xəstəliyinin müxtəlif növlərinə səbəb olduğunu da nəzərə almalıyıq. Bundan əlavə spirt vərəm, HİV və pnevmoniya kimi infeksion xəstəliklərin riskini də artırır.

Məlumata görə, spirtli içki qəbuluna görə ölüm hallarının dörddə bir hissəsi kişilərin üzərinə düşür. Bundan əlavə, 20-29 yaşlı gənclər arasında baş verən ölüm hallarının böyük bir hissəsi də (13,5%) də spirtli içkidən istifadənin nəticələri ilə bağlıdır.

ÜST-ün hesablamalarına görə, dünyada təxminən 237 milyon kişi və 46 milyon qadın spirtli içki asılılığından əziyyət çəkir.

Orta hesabla 2.3 milyard insan isə gündə 33 qram spirt qəbul edir. Bu, təxminən iki şüşə şərab və ya böyük bir şüşə pivəyə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır