Botoxsla sidikqaçırmaya son
06 OKTYABR 2018
1088

Botoxsla sidikqaçırmaya son

Botox əslində Clostridium botulinum adlı bir bakteriyadan əldə edilir və əzələlərin boşalması üçün istifadə olunan maddədir. Tibbin müxtəlif sahələrində 20 ildən çoxdurki istifadə edilir.Botoks yalnız estetik məqsədlərlə istifadə olunmur,artıq sidikqaçırmada ,tez-tez ağrılı sidiyə çıxmada istifadə,sidik kisəsinin tutumunun böyüdülməsində və s. şikayətlər zamanı istifadə olunur. Botox daha çox estetik məqsədlə istifadə olunsa da əslində təsir mexanizmi müvəqqəti olaraq güclü bir əzələ iflici yaradır. Hal hazırda 300-dən çox xəstəliklərin müalicəsində istifadə edilir. Uroginekologiyada da 10-15 fərqli xəstəliklər zamanı tətbiq olunur. Ən çox dərman müalicəsindən fayda görməyən hiperaktiv, neyrogen sidik kisəsi, tez-tez sidiyə getmə(gündüz 10-15, gecələr ise en azı 2 dəfədən çox) və sidikqaçırmadan şikayət edən xəstələrdə tətbiq olunur. Sistoskopla sidik kisəsinin içərisinə 20-30 nöqtəyə botoks inyeksiyası edilir və pasient 1 saat sonra evə buraxılır. Botoks inyeksiyasının üstünlüyü doğru xəstə seçimidir!

Müəllif: Dr. AygünSəlimova

Əlaqənömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır