Kətan toxumunun yeni faydası - qadınları bu xəstəlikdən qoruyur
08 OKTYABR
473

Kətan toxumunun yeni faydası - qadınları bu xəstəlikdən qoruyur

Mütəxəssislər aşkar ediblər ki, kətan toxumunun istehlakı qadınlarda süd vəzi xərçənginin inkişafı riskini və bu xəstəlikdən ölüm riskini azaldır.

Tibb.fins.az saglamolun.az-a istinadla xəbər verir ki, araşdırmanın nəticələri Journal of Clinical Oncology-də dərc olunub.

Kətan toxumu xüsusi "liqnan" adlı maddələrlə zəngindir. Bu maddələr süd vəzi xərçəngi hüceyrələrini məhv etmək, yeni xərçəng hüceyrələrinin inkişafını "dondurmaq", ikincili şişlərin əmələ gəlməsinin qarşısını almaq xüsusiyyətlərə malikdir.  

Liqnan maddələrindən əlavə kətan toxumu bir sıra digər faydalı maddələrlə zəngindir: A vitamini, B1, B2, B3, B6, fol turşusu, C, Omeqa 3, Omeqa 6, Omeqa 9 yağlı turşularla zəngindir.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır