Hamı ondan danışır: Deputat da, idmançı da, Qarabağ əlili də...
11 OKTYABR
391

Hamı ondan danışır: Deputat da, idmançı da, Qarabağ əlili də...

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-cərrah Araz Bayramovun böyrək şişlərinin böyrəyi qoruyub saxlayaraq laparoskopik üsulla çıxarılması ilə bağlı əldə etdiyi nəticələr Avropa Uroloqlar Cəmiyyətinin “unikal cərrahiyə əməliyyatları” siyahısına salınıb.

Aktual.az azərbaycanlı cərrahın əldə etdiyi uğura ölkənin tanınmış ziyalılarının, ictimaiyyət fəallarının münasibətini öyrənib.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, azərbaycanlı gənc alimin əldə etdiyi nəticə bir ölkəsi ziyalısı, ağsaqqalı olaraq onu çox sevindirir:

“Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Cənab Prezident İlham Əliyevin ölkə gəncliyinə qayğısının nəticəsidir ki, azərbaycanlı gənclərin adı dünyanın yüksək tribunalarından eşidilir. Araz Bayramov istedadlı cərrahdır, öz işinin peşəkarıdır. Mən onu 5 ildir tanıyıram. 2011-ci ildə ona “İlin gənci” mükafatını şəxsən özüm ona təqdim etmişəm. Çox sevindirici haldır ki, o bizim və cəmiyyətin etimadını qazana bilib”.

Milli Məclisin deputatı Azər Badamov Araz Bayramovu şəxsən tanımasa da, onu mətbuatdan izlədiyini deyir:

“Öz üzərində işləyən, cəmiyyət qarşısında hesabatlı bir mütəxəssisdir. Bildiyim qədər Fransada təhsil alıb. Hazırda Avropa Uroloqlar Cəmiyyətinin fəal üzvlərindəndir. Həm də azərbaycanlı həkimlərin Avropa ilə bağlı bir təşkilatına rəhbərlik edir. Onun müasir urologiya sahəsində əldə etdiyi nəticələr bu gün Avropa səviyyəsində etiraf olunursa, bu bizim hər birimizin uğurudur”.

Tanınmış riyaziyyatçı alim, akademik Fikrət Əliyev bildirdi ki, Araz Bayramov ölkəmizin ən peşəkar uroloq-cərrahlarındandır:

“O, həm peşəkar həkim, həm istedadlı səhiyyə təşkilatçısı, həm də vətənpərvər bir gəncdir. Son illər azərbaycanlı gənclərin dünya miqyasında artan uğurları bir-birini əvəz edir və Araz Bayramov da bu siyahıya xüsusi rəng qatır. Mən onu və onun timsalında dövlətini sevən, adımızı dünya miqyasında tanıdan bütün gənclərimizi təbrik edirəm”.

Azərbaycan Kikboksinq Federasiyasının vite-prezidenti, kikboksinq üzrə ikiqat dünya çempionu, əməkdar idman ustası Güloğlan Cabbarovun sözlərinə görə, Araz Bayramov özünü təsdiq etməyi bacarıb:

“Araz Bayramov təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da qəbul olunan bir cərrahdır. ABŞ və Avropanın aparıcı klinikaları ilə əməkdaşlıq edən Araz doktor ölkə səhiyyəsinə yeniliklər gətirib. O, öz işini çox yaxşı bilən, peşəkar və vətənpərvər bir həkimdir. Onu qazandığı daha bir nailiyyətlə əlaqədar təbrik edirəm”.

TURSAM rəhbəri, “xeber1.az” informasiya portalının baş redaktoru Atatürk Kamallı Araz Bayramovu müasir Azərbaycan səhiyyəsinin tapıntısı adlandırır:

“O, öz fəaliyyəti, əzmkarlığı, istedadı ilə hamının hesablaşdığı, qəbul etdiyi bir şəxsiyyətə çevrilib. Dəfələrlə sübut edib və bugün də sübut etdi ki, öz işiinin öhdəsindən ləyaqətlə və vicdanla gələn bir insandır. O, hamının sevimlisidir, xəstələrinin də, həmkarlarının da, jurnalistlərin də, ziyalıların da. Mən onu növbəti uğur münasibətilə təbrik edirəm. İnanıram ki, qarşıda daha ciddi uğurlara imza atacaq, böyük yol qət edərək, ölkəmizin adını zirvələrə qaldıracaq”.

Qarabağ əlili, 14 erməni qulağı gətirmiş Müqabil Novruzov Araz Bayramova qeyd edib ki, Araz Bayramov onu ölümdən xilas edib:

“Uzun illər idi ki, böyrək daşlarından əziyyət çəkirdim. Hara getsəm, müraciət etsəm də, bu bəladan xilas ola bilmirdim. Araz Bayramova üz tutdum və o məni heç bir kəsik olmadan, bir saatın içində böyrək daşlarından azad etdi. Eşidəndə ki, Qarabağ döyüşlərində iştirak etmişəm və 14 erməni qulağı gətirmişəm, məni öz hesabına müalicə etdi”.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Fransada çalışdığı 2005-2010-cu illərdə uroloji-androloji cərrahiyyə üzrə uzmanlıq diplomu ilə yanaşı laparoskopik cərrahiyyə, androloji cərrahiyyə, mikrocərrahiyyə, robotik cərrahiyyə üzrə praktik və nəzəri sınaqlar üzrə diplomlara layiq görülüb.

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib. Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib və 2013-cü ildə Serbiyanın Belqrad şəhərində Avropa Uroloqlar Cəmiyyətinin Şərq toplantısında uğurla təqdim edib.

Müəllif: Dr. ArazBayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov

FransatəhsilliUroloqAndroloqDr. ArazBayramovlagörüşgötürməküçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır